Fransadan İsrailə sərt etiraz: “Zorakılığın bu səviyyəsinə bəraət qazandırmaq olmaz” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Fransadan İsrailə sərt etiraz: “Zorakılığın bu səviyyəsinə bəraət qazandırmaq olmaz”

Fransadan İsrailə sərt etiraz: “Zorakılığın bu səviyyəsinə bəraət qazandırmaq olmaz”


“Qəzza sektorunda zorakılığın səviyyəsinə İsrailin təhlükəsizliyinin təmin edilməsi cəhdi ilə bəraət qazandırmaq olmaz.”
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Fransanın Xarici İşlər Nazirliyinin başçısı Jan-İv Le Drian ötən gün Qəzza sektorunda baş verən hadisələri şərh edərkən deyib.

“Biz İsrail hakimiyyətinə dinc sakinləri müdafiə etmək borcunu xatırladırıq. Biz İsrailin təhlükəsizliyinə sadiqik, amma bu, zorakılığın belə səviyyəsinə bəraət qazandıra bilməz”, – o bildirib.

Nazirin sözlərinə görə, fələstinlilər dinc etirazları keçirmək hüququna malikdirlər.

“Dünən Qəzzada təxminən 60 fələstinli həlak oldu, 2700-ü yaralanıb. Onların arasında həddi-buluğa çatmayanlar da var​​​. Bu, Qəzza sektorunda ən öldürücü günlərdən biridir”, – Fransanın xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Xatırladaq ki, mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar İsrail-Fələstin sərhədində vəziyyət gərginləşib.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *