Türkiyədən ABŞ-a xəbərdarlıq: Onları müdafiə edəcəyik
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Fələstini dəstəkləməyə davam edəcəyini bəyan edib:
AzNews.info Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Anadolu agentliyi xəbər verir.
"ABŞ-ın bu qərarı yanlışdır. Biz bu yanlış qərara birgə mövqe sərgilməliyik. Açığını desək, son zamanlar İslam dünyasının işində, xüsusilə də Ərəb Liqasında bu məsələdə müəyyən tərəddüdlər, hətta geri çəkilmələr görürük. ABŞ-dan çəkinən bəzi ölkələr Fələstin məsələsində geri çəkildiyini görürük. Bu çox yanlış düşüncə, böyük bir səhvdir. Tarix və müsəlman dünyası bunu əfv etməz. Bu ölkələr İordaniya, Fələstinə də təzyiq etməsinlər. Fələstin məsələsini heç kim müdafiə etməsə, Qüds məsələsində hər kəs sussa belə, Türkiyə Fələstini müdafiə etməyə davam edəcək", - deyə Çavuşoğlu vurğulayıb.
Mənbə:> Sputnik