İslam dünyasının böyük qələbəsi: » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Sosial

İslam dünyasının böyük qələbəsi: BMT Trampın qərarını ləğv etdi

İslam dünyasının böyük qələbəsi:


ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanınması ilə bağlı qərarı müzakirə edilərək səsə qoyulub. Səsvermədə 128 ölkə qərarın ləğvinə dair müsbət səs verib. 9 ölkə qərarın qüvvədə qalmasına səs verib, 35 ölkə neytral qalıb.

İslam dünyasının böyük qələbəsi:

BMT Təhlükəsizlik Şurası ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.

RİA Novosti-nin verdiyi xəbərə görə, səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9 - əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Qonduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau, Toqo səs verib.

Virtualaz.org-un məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Məclisindəki çıxışında bildirib ki, BMT üzvü olan bir ölkə digər ölkələri təhdid edib. Bəzi ölkələr isə yardımların kəsiləcəyi ilə hədələnib. Bu, qəbuledilməzdir. Türkiyə heç vaxt Qüdsü tək qoymayacaq. Fələstin heç vaxt yalqız qalmayacaq.

ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli isə çıxışında bildirib ki, ABŞ öz səfirliyini Qüdsə köçürəcək: “Heç bir səsvermə bizim bu qərarımızı dəyişməyəcək”.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *