Tramp Qüds qərarından sonra dünyadan təcrid oldu – Həsən Nəsrullah
Bütün ərəb dünyası Fələstinə dəstək verməlidir
Tramp qəbul etdiyi qərardan sonra bütün dünya xalqının ona əməl edəcəyini düşünürdü, amma ABŞ və İsrailin yalnız olduğunun fərqinə vardı.
AzNews.info “Mehrnews”a istinadən xəbər verir ki, bunu “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah deyib. O qeyd edib ki, Trampa verilməli olan ən böyük cavab işğal altındakı Fələstin torpaqlarında üçüncü intifadanın başladılmasıdır.
“ABŞ prezidenti Donald Trampın Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıması ABŞ və Ağ Evi dünyadan təcrid etdi. Fələstin üçün küçələrdə təşkil edilən nümayişlər kifayət qədər olmaya bilər, amma bəzilərinin Fələstin məsələsinin unudulmasına çalışdığı zamanda bu nümayişlər böyük əhəmiyyət daşıyır”, - Həsən Nəsrullah qeyd edib.
“Hizbulah” hərəkatının lideri əlavə edib ki, bütün ərəb dünyası Fələstinə dəstək verməlidir.
Mənbə:> Mehrnews