Türkiyə Afrini Əsədə qaytarmalıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Türkiyə Afrini Əsədə qaytarmalıdır LAVROV ANKARANI TƏƏCCÜBLƏNDİRDİ

Türkiyə Afrini Əsədə qaytarmalıdır

Türkiyə “Zeytun budağı” əməliyyatından sonra vəziyyəti stabilləşdirmək üçün Afrinin idarəçiliyini Suriya hökumətinə versə daha düzgün olardı.

Virtualaz.org bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Zeytun budağı” əməliyyatından sonra Türkiyə Ordusunun Afrində qalacağını heç vaxt deməyib və əməliyyat bitdikdən sonra bu bölgənin idarəçiliyini Suriya hökumətinə verilməlidir.

"Ən azı, belə bir yol axtarılacağına ümid edirəm", - Lavrov vurğulayıb.

Maraqlıdır ki, Lavrovun Afrinin idarəçiliyinin Türkiyənin əvvəlcədən elan etdiyi kimi, ASO-ya deyil, Suriya rejiminə geri verməsi gərəkdiyi barədə açıqlamasını türk mediası "Lavrovdan təəccüblü açıqlama" kimi tirajlayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *