Bir oliqarxı aerportda saxlayıb dindirdilər, digəri ölkəyə keçəndən sonra saxlanılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Sosial

Bir oliqarxı aerportda saxlayıb dindirdilər, digəri ölkəyə keçəndən sonra saxlanılıb AQRESSİV TAKTİKA

Bir oliqarxı aerportda saxlayıb dindirdilər, digəri ölkəyə keçəndən sonra saxlanılıb

ABŞ-da Rusiyanın prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller Birləşmiş Ştatlara yolu düşən və Donald Trampın seçki kampaniyasının maliyyələşdirilməsində birbaşa, yaxud dolayısı iştirakı barədə şübhələr yaranan rusiyalı oliqarxları dindirməyə başlayıb.

Virtualaz.org xəbər verir ki, artıq iki rusiyalı oliqarxın dindirildiyi məlumdur. Bu haqda CNN telekanalı bildirir.

Məlumata görə bu tədbirlərə Ağ ev administrasiyasının “Kreml siyahısı”ına salınmış rusiyalı oliqarxlardan bir neçəsinə qarşı sanksiya tətbiq etmək qərarı ərəfəsində əl atılıb. Həmin sanksiyalar barədə bu həftənin sonuna qədər rəsmən elan ediləcəyi gözlənilir. “Kreml siyahısı” bu il fevralın sonlarında elan edilib. Siyahıda azərbaycanlı oliqarxlar Araz Ağalarov, Qod Nisanov, Zarah İliyev, Vahid Ələkbərov, habelə milyarder Fərhad Əhmədov da yer alır.

Bir oliqarxı aerportda saxlayıb dindirdilər, digəri ölkəyə keçəndən sonra saxlanılıb


Xəbərə görə bir oliqarx şəxsi təyyarəsi ilə Nyu-York aeroportuna enən kimi saxlanılıb və dindirilib. Üstəlik onun özüylə gətirdiyi elektron qurğulara da baxış keçirilib. İkinci oliqarx isə bu yaxınlarda ABŞ-a səfəri zamanı Müllerin komandası tərəfindən dindirilib, ancaq onun şəxsi əşyalarına baxış keçirildiyi məlum deyil. Son vaxtlar ABŞ-dan uzaq duran üçüncü oliqarxa isə xüsusi prokuror rəsmi sorğu göndərib və ona istintaqla könüllü əməkdaşlıq etməyi, əlindəki sənədləri və informasiyaları təqdim etməyi təklif edib.

Bu oliqarxların heç birinin adı açıqlanmır. Amma məlumdur ki, rusiyalı oliqarxlardan Trampın seçki kampaniyasına Rusiyadan birbaşa və ya dolayısı ianələrin köçürülməsi barədə məlumatları soruşublar. Beləliklə, Müllerin komandası Trampın seçki kampaniyasının Rusiyadan maliyyələşdirilməsi imkanlarını araşdırmaqdadır. Həmin sxemə rusiyalı oliqarxların da qarışdığı təxmin edilir.

Bir oliqarxı aerportda saxlayıb dindirdilər, digəri ölkəyə keçəndən sonra saxlanılıb


Tramp seçki kampaniyasına ianələr qismində 333 milyon dollar cəlb edib. İnaqurasiya mərasimi üçün isə rekord məbləğ-107 milyon dollar toplayıb. Lakin Tramp bu pulların hara sərf edildiyi barədə hesabat təqdim etməyib.

CNN-in mənbələri bildirib ki, Müllerin komandası rusiyalı oliqarxların Trampa pulu Amerika vətəndaşları və mərkəzləri üzərindən ötürdüyünü təxmin edir. Müllerin rusiyalı oliqarxları birbaşa aerportda qarşılayıb dindirməsi xüsusi prokurorun Tramp-Rusiya əlaqələrinin təhqiqatında hansı aqressiv taktikadan istifadə etdiyini göstərir.

“Prokurorlar və müstəntiqlər daha instinktiv və həqiqətə yaxın cavablar almaq üçün təəcübləndirmə elementlərini xoşlayır”-keçmiş federal prokuror Daniel Qoldman bu taktikanı şərh edərkən deyib. Qoldman bildirib ki, Müllerin komandasının həmin oliqarxın elektron qurğularına baxmaq üçün sanksiyası olub və belə vəziyyətdə sürprizin çox böyük əhəmiyyəti var. Çünki əks halda obyekt məlumatları elektron qurğulardan silə, yaxud sadəcə olaraq telefonu məhv edə bilərdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *