Vaşinqton Tehranla Bakı və Yerevanın arasını necə vuracaq? BLANK STİVEN PLANI
Amerika hərbi eksperti, ABŞ-ın Xarici Siyasət Şurasının analitiki Stiven Blank The Hill nəşrində "Tramp İrana öz qonşuları vasitəsilə necə zərbə vura bilər..." adlı material dərc etdirib.
Virtualaz.org-un məlumatına görə, Stiven Blank qeyd edir ki, ABŞ-ın milli təhlükəsizliyi üçün cavabdehlik daşıyan yeni komanda əsas fəaliyyətini İrana və onun maraqlarına zərbə endirməyə yönəldib. "Əgər administrasiya İranı təcrid etmək niyyətindədirsə, onda o həmçinin Azərbaycanla və Ermənistanla İranın münasibətlərinin korlanması istiqamətində addımlar ata bilər. Bu münasibətlər İran İslam Respublikası üçün həlledici əhəmiyyətə malikdir, çünki bu ölkələr (Azərbaycan və Ermənistan) İranın şimal və qərb sərhədindədir", - deyə Stiven Blank qeyd edir.
Sarkisyan və Ruhani
Amerika ekspertinin fikrincə, Ermənistan İranın partnyorudur və ondan asılıdır. Stiven Blank Yerevanla münasibətdə "qamçı və pryanik" metodundan istifadə etməyi və bununla İranı və "Rusiya partnyorunu" neytrallaşdıraraq Qafqazda Vaşinqtonun maraqlarını önə çəkməyi təklif edir.
Azərbaycana gəlincə, analitik göstərir ki, Azərbaycan və İran neçə illərdir bir-birinə o qədər də etibar etmir. Lakin sonra Stiven Blank onu da qeyd edir ki, Bakı və Tehran arasında ikitərəfli əlaqələr 2012-ci ildən yaxşılaşıb.
Əliyev və Ruhani
"Beləliklə, administrasiya üçün (Amerika – red.) Qafqazda sülhün təmin olunmasında stimullaşdırmanı və təzyiqi uyğunlaşdırmaq, Moskva və Tehranın təsirini minimuma yaxınlaşdırmaq üçün yol açılıb. Dağlıq Qarabağda sülh axtarışlarında fəal iştirak edərək… administrasiya regionda ABŞ-ın mövcudluğunu gücləndirə bilər. Tramp həmçinin hər iki dövləti (Ermənistanı və Azərbaycanı – red.) Vaşinqtona yaxınlaşdırmaqla və onları Tehrandan, mümkündür ki, həm də Moskvadan uzaqlaşdırmaqla ABŞ-ın maraqlarını önə çəkə bilər", - deyə Stiven Blank planında yazır.
Mənbə:> Virtualaz.org