Trampı Bakıya çağırırlar » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Trampı Bakıya çağırırlar – RUSİYA AZƏRBAYCANA TƏZYİQLƏRƏ BAŞLAYIB

Trampı Bakıya çağırırlar

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp çox güman ki, G20 ölkələri sammitində görüşləri zamanı başqa ölkələrin daxili işlərinə qarışmağı məhdudlaşdırmağa razılaşıblar. Lakin bu razılaşma Rusiyanın xarici siyasəti ilə ziddiyət təşkil edir, çünki Rusiya Azərbaycan, Ermənistan və Gürcüstan hökumətlərinin müstəqil siyasət aparmaq imkanlarını məhdudlaşdırmağa can atır.

Virtualaz.org xəbər verir ki, bu sətirlər ABŞ Ordu Kollecinin professoru, Xarici Əlaqələr Şurasının baş elmi əməkdaşı Stiven Blankın “Newsweek” həftəliyində dərc edilmiş məqaləsindəndir.

Müəllifin yazdığına görə regiondan alınan bəzi son məlumatlara əsasən Trampın Putinlə razılaşması faydasızdır, həmin ölkələrin suverenliyi və ərazi bütövlüyünün Moskva üçün əhəmiyyəti yoxdur. “Rusiya istədiyi vaxt onların daxili işlərinə qarışa, müntəzəm olaraq hərbi qüvvələrini sağa-sola fırlada və başqa formalarda bu ölkələri təhdid edə bilər”-amerikalı analitik yazır.

Trampı Bakıya çağırırlar


Stiven Blanka görə əgər Vaşinqton, Brüssel və NATO öz rolunu gücləndirməsə bu region ya alovlanacaq, ya da tamamilə Rusiyanın hakimiyyəti altına keçəcək. “Qərb sadəcə olaraq nəzərlərini kənara çəkməklə işini bitmiş saya bilməz, Avropanın təhlükəsizliyi Cənubi Qafqazın təhlükəsizliyi ilə birbaşa bağlıdır”-müəllif vurğulayıb.

Məqalədə deyilir ki, Rusiya Tblisiyə təzyiq göstərərək ərazilərinin bir hissəsini itirməsi ilə barışmağa məcbur etmək, Gürcüstanın NATO və Avropa İttifaqı ilə inteqrasiya səylərini dayandırmaq istəyir. Stiven Blank xatırladır ki, iyulun ortalarında Rusiya hərbçiləri Cənubi Osetiya “sərhədlərini” birtərəfli olaraq 700 metrə yaxın Gürcüstanın içərilərinə doğru çəkiblər. Nəticədə Rusiya qoşunları hazırda strateji əhəmiyyətli Bakı-Tbilisi-Poti avtomobil magistralının bir kilometrliyindədir.

Müəllif xatırladır ki, Rusiya çoxdan Ermənistanın müstəqil xarici və iqtisadi siyasət yürütmək imkanlarını əlindən alıb. Rusiya Ermənistanda hərbi bazanı guya Azərbaycan və Türkiyədən qorunmaq üçün saxlayır, əslində isə hərbi baza Ermənistan üzərində Moskvanın de-fakto protektoriatını təmin edir.

Trampı Bakıya çağırırlar


“Bu yaxınlarda Rusiya Azərbaycana təzyiqləri artırıb. Rusiya sərhəd qoşunları ermənilərlə birlikdə Dağlıq Qarabağda təlim keçirib, eyni zamanda Xəzərdə Rusiya ilə İran donanmalarının birgə təlimlər başlayıb. Hansı ki, bu təlimlər Azərbaycanın energetika infrastrukturunu təhdid edir”-müəllif bildirir.

Stiven Blanka görə bu təlimlər və digər səylər Moskvanın Azərbaycanı Avrasiya İttifaqına qoşmaq üçün göstərdiyi təzyiqlərdən biridir. Ruslar istəyir ki, Azərbaycan regionda Qərbin əsas tərəfdaşı olmasın və Rusiyanın Balkanlardakı energetika rəqibinə çevrilməsin.

“Bu cür kampaniyalar xas olaraq Rusiya XİN Azərbaycanı “Rusiya vətəndaşlarının diskriminasiyasında” günahlandırıb. Habelə Rusiya məhkəməsi azərbaycanlıların əsas diaspor təşkilatını bağlayıb. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova isə Azərbaycan jurnalistlərini publik şəkildə təhqir edir”-müəllif məqaləsində göstərir.

Trampı Bakıya çağırırlar


Məqalədə vurğulanır ki, Qarabağda bu günlərdə ermənilərin açdığı atəşlə azərbaycanlı qadının və 2 yaşlı nəvəsinin həlak olması bu münaqişənin hələ qaynadığını, istənilən vaxt alovlana biləcəyini göstərir. Məsələnin daha geniş qoyuluşu isə belədir ki, münaqişə alovlansa Dağlıq Qarabağla məhdudlaşmayacaq. Bu münaqişənin Avropa, Yaxın Şərq və beynəlxalq miqyasda ciddi nəticələri olacaq.

“Yaxşı xəbər odur ki, Vaşinqtonda dəyişiklik baş verir. Obama administrasiyası mahiyyətcə Qafqaz və onun problemləri, o cümlədən Qarabağ haqda unutmuşdu. İndi isə dövlət katibi Reks Tillerson bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevlə İstanbulda görüşüb. Yeni administrasiya regionda daha fəal iştiraka can ata, Bakıya və Yerevana münaqişəni dinc yolla nizamlamaq üçün danışıqlar aparmaqda kömək edə bilər. Olduqca mühümdür ki, Tillerson, vitse-prezident Maykl Pens, prezident Tramp və onların avropalı həmkarları Bakıya, Tbilisiyə və Yerevana müntəzəm səfərlər edərək Qərbin region ölkələrinin suverenliyini, ərazi bütövlüyünü müdafiə edəcəyini, sülh prosesind fəal rol oynayacaqlarını nümayiş etdirsin”-Stiven Blank yazır.

Müəllif qeyd edir ki, doğrudur, hələ bu ölkələrin heç biri Ukraynanın gününə salınmayıb. Lakin Moskvanın Ukraynaya tətbiq etdiyi prinsiplər burada da qüvvədədir. “Rusiya prezidenti üçün onlar əsl dövlətlər deyil və təkcə o qərar verə bilər ki, həmin dövlətlər necə hərəkət etsin. Rusiyanın Cənubi Qafqazdakı bu siyasəti müharibəyə aparıb çıxara bilər, çünki bu dövlətlər öz müstəqilliklərindən imtina etməyəcəklər”-o yazır. Amerikalı analitik Qərbi ləngimədən regionda hərəkətə keçməyə çağırır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *