Rusiyada vətəndaşların 38,6 mlrd dollarlıq kredit borcları silinib
Rusiyanın Məhkəmə İcraçıları Federal Xidmətinin əməkdaşları ötən il ölkə vətəndaşlarının 2,2 trln. rubl (38,6 mlrd. ABŞ dolları) məbləğində problemli kredit borclarını siliblər.
Rusiya mətbuatı yazır ki, bu borcların imkansızlıq ucbatından ödənilməsi mümkün olmayıb.
Son nəticədə 16,9 mln. kredit müqaviləsinə xitam verilib.
Qeyd edək ki, sözügedən göstəricilər 2016-cı 1,9 trln. rubl (33,3 mlrd. dollar) və 14,3 mln. müqavilə təşkil edib.
2017-ci ilin sonuna rusiyalıların 50%-dən çoxunun bağlanmamış krediti olub.
Mənbə:> Virtualaz.org