Rusiyada benzin bahalaşır
Səudiyyə Ərəbistanından sonra Rusiya hökuməti də yanacaq aksizlərini əlavə olaraq artırmaq qərarı alıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə hökumətin 2018-ci il büdcə görüşmələri zamanı qərar verilib.
Artımın iki mərhələdə həyata keçiriləcəyi və hər dəfə yanacağın litr qiymətinin 0,5 rubl (8,6 sent) artacağı nəzərdə tutulub. Artımın dövlət büdcəsinə 60 mlrd. rubl və ya 1,03 mlrd. ABŞ dolları əlavə gəlir gətirəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda Rusiyada 92 oktanlı benzinin litrinin qiyməti təxminən 37 rubl (0,64 sent) təşkil edir. Bu da o deməkdir ki, artım təxminən 1,3%-ə bərabər olacaq.
Mənbə:> Report