Əli Həsənov: “Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz”
“Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz. Heç kim Azərbaycan dövlətini aşağılaya bilməz, dövləti heç kim milli prinsiplərdən, ideyalardan çəkindirə bilməz”.
Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Mətbuat Şurasının VII qurultayında deyib.
“Biz Azərbaycanın dövlət başçısı və onun iradəsi ilə güclüyük. Dövlətimizin təhlükəsizliyini təmin edən milli ordumuzla güclüyük. Azərbaycan qələm sahibləri - jurnalistlərlə güclüdür" - Əli Həsənov vurğulayıb.
Mənbə:> Virtualaz.org