Rusiya ordusunun generalı və daha 38 hərbçisi Suriyada həlak oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi, Hadisə

Rusiya ordusunun generalı və daha 38 hərbçisi Suriyada həlak oldu – FOTO

Rusiya ordusunun generalı və daha 38 hərbçisi Suriyada həlak oldu

Rusiya Müdafiə Nazirliyinə məxsus olan və Suriyadakı Hmeymim aviabazası yaxınlığında bu gün qəzaya uğrayan An-26 hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində general da olub. Virtualaz.org xəbər verir ki, bu barədə WarGonzo Telegram-kanalında məlumat yer alır. Bildirilir ki, həlak olanlardan biri silahlı qüvvələrin generalı Vladimir Yermeyevdir.

Qəzada generalın həlak olduğu barədə “Fontanka” saytı da öz mənbələrinə istinadən xəbər verir. Hələlik rəsmi qaynaqlar bu məlumatı şərh etmir.

Qəzaya uğrayan təyyarə Rusiya Hava Kosmik Qüvvələrinin Sankt-Peterburqda dislokasiya olunmuş 6-cı ordusunun sərəncamında olub. Müdafiə Nazirliyi təyyarənin uçuşdan əvvəl bütün yoxlamadan keçdiyini, texniki nasazlıq aşkarlanmadığını bildirir.

WarGonzo Telegram-kanalı onu da bildirir ki, göyərtədə “Vagner” özəl hərbi şirkətinin döyşçüləri də olub. Təyyarə Dəməşq-Latakiyə avtomobil yolunun yaxınlığına düşüb. “Enərkən təyyarə birdən yana əyildi, haradasa bir saniyə sonra yenidən düzəldi, sonra kəskin şəkildə aşağı düşməyə başladı, yerə dəyəndə yanı üstə aşdı və qanadı qopdu. Yerli sakinlərin istixanalarının üstünə düşdü, xeyli yerdə sürüşdü və sonra yanğın başladı”-şahidlərdən biri danışıb.

O da bildirilir ki, təyyarə bu gün Hmeymimdən Hələb əyalətindəki Kveyris aerodromuna uçub, orada mühərriklərini söndürmədən bir az gözləyib və texnki yoxlamadan keçmədən geri qayıdıb.

***21:27

Rusiya Müdafiə Nazirliyinin An-26 nəqliyyat təyyarəsi Hmeymim aviabazası yaxınlığında qəzaya uğrayarkən silahlı qüvvələrin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov da bazada olub.

Virtualaz.org xəbər verir ki, bu barədə RBC agentliyinə Rusiya Müdafiə Nazirliyindəki iki ayrı mənbə bildirib. Məlumatı nazirliyə yaxın digər mənbə də təsdiqləyib. Lakin general Gerasimovun hansı məqsədlə Suriyaya səfər etdiyi barədə məlumat verilmir. Mənbələr deyiblər ki, Baş qərargah rəisinin qəzaya uğrayan təyyarədə olmadığı dəqiqdir.

* * *21:21

Rusiyanın Suriyadakı Hmeymim aviabazasına enərkən qəzaya uğrayan An-26 hərbi-nəqliyyat təyyarəsi Hələb əyalətindəki Kuveyris hərbi aerodromundan havaya qalxıbmış. Virtualaz.org xəbər verir ki, bu iki hərbi baza arasında məsafə cəmi 200 kilometr təşkil edir. RF-36162 bort nömrəli təyyarə Hələb bölgəsindəki hərbi əməliyyatlarda iştirak edən Rusiya hərbçilərini Hmeymim bazasına qaytarırmış. Lakin göyərtədəkilərin kimlikləri və hərbi rütbələri barədə məlumat verilmir. Bununla belə təyyarəni mayor rütbəli hərbçinin idarə etdiyi məlumdur.

Hmeymim bazası yaxınlığında yaşayan sakinlər deyiblər ki, təyyarə yaşayış məntəqəsinə düşə bilərdi. Lakin ekipaj son anda təyyarənin istiqamətini yaxınlıqdakı sitrus plantasiyasına döndərə bilib.

Həmin təyyarə bundan əvvəl jurnalistləri press-turlara aparmaq üçün istifadə edilmişdi. Təyyarə 1980-ci ildə istehsal olunub, qəzanın səbəbi kimi hələlik texniki nasazlıq əsas versiya kimi göstərilir. Rusiya Müdafiə Nazirliyi təyyarəyə yerdən atəş açılmadığını bildirir. Müdafiə naziri Sergey Şoyqu hadisə barədə Sverdlovsk vilayətində səfərdə olan prezident Vladimir Putini telefonla məlumatlandırıb.

Xatırladaq ki, ötən il də Rusiya Müdafiə Nazirliyinin Tu-154 təyyarəsi Suriyaya uçarkən Qara dənizə düşmüşdü. Nəticədə Müdafiə Nazirliyinin hərbi orkestri tam heyətdə , o cümlədən bir neçə humanitar yardım işçisi və vəzifəli şəxs həlak olmuşdu.
Rusiya ordusunun generalı və daha 38 hərbçisi Suriyada həlak oldu
Rusiya ordusunun generalı və daha 38 hərbçisi Suriyada həlak oldu

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *