Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Foto

Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb... – FOTO

Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...

Yazın gəlişinə həftələr qalır və bu, həm də bağ həvəskarları üçün bağda, həyətyanı sahələrdə yeni tinglərin əkilməsi üçün ən münasib dövr sayılır. Nəticədə Bakıda ting satanların alveri də bir qədər canlanıb. Amma devalvasiyadan və iqtisadi geriləmədən əvvəlki dövrdən fərqli olaraq, indi ting bazarda xaricdən gətirilən ağac tingləri və dekorativ kol bitkilərinə çox az rast gəlinir. Bakı zənginlərinin malikanələrini bəzəyən dekorativ bitkilərə tələbat olmadığından satıcılar on minlərlə manat dəyəri olan belə ağacları daha ölkəyə gətirmirlər. Bağçıların ən çox aldıqları tinglər isə ucuz meyvə ağaclarıdır.

Heydər Əliyev prospektində, Hava Limanına gedən yolda yerləşən “Palma” ting mağazasının rəhbəri Zamiq Əliyev virtualaz.org-a müsahibəsində deyir ki, onlar hazırda yalnız ölkənin iqliminə uyğun olan bitkilərin satışını təşkil edirlər. Bəzi satıcılar iqlimə uyğun olmayan dekorativ kol bitkilərini ölkəyə gətirsələr də, çox keçmədən belə bitkilər quruyur.

Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...


“Bəzi bitkilər var ki, onlar Bakı iqliminə uyğunlaşmır, daha çox Abşeron zonasında və ya rayonlarda əkilir. Elə ağaclar da var ki, onlar rayonlarda deyil, Bakıda əkilir. Bunlar daha çox soyuqdan qorxan ağaclardır. Palma ağacları demək olar ki, ölkənin hər yerində bitir. Bəzi növləri şaxtaya dözümlü olmadığına görə, onları qış aylarında sellofanla bağlayırlar. Şam ağacları, bəzək kolları, “Daş palıd” Bakının iqliminə uyğunlaşmış bitkilərdir. “Kameliya” bitkisi isə paytaxtda bitir, amma Abşeron zonasında hava küləkli olduğuna görə orada bu bitkini yetişdirmək mümkün deyil. Ona görə də biz alıcılara əvvəlcədən bu barədə məlumat veririk”, - deyə həmsöhbətimiz bildirir.

Satıcı deyir ki, mağazada satışa çıxarılan bütün meyvə tingləri yerlidir, daha çox Tərtər, Bərdə, Masallı və digər rayonlarda yetişdirilərək Bakıya gətirilir.

“10-20 min manatlıq ağacları daha alan yoxdur”

Azərbaycan ola, alver ola, alıcıya kələk gəlmək istəyənlər olmaya? Bu, ting alverində də belədir. Bəzi bağçılar şikayətlənirlər ki, ting satanlar onların təcrübəsizliyindən istifadə edib ya kökləri qurumuş tingləri satırlar, ya da calaq ting adı altında yabanı halda bitmiş ağaclar sırıyırlar. “Palma” mağazasında deyirlər ki, bağ həvəskarları belə risklərdən qaçmaq üçün gərək peşəkarlara , illərdir bu sahədə fəaliyyət göstərən iri bağçılıq mağazalarına baş çəksinlər.

Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...


Heydər Əliyev prospektində yerləşən digər bir ting mağazasının satıcsı Mehman Abdulov deyir ki, satılan tinglərdən bəzilərinin tutmaması istisna deyil: “Bəzən olur ki, ağaclar bitməyə bilir. Bizdə də belə hallar olur, hansısa müştərilər deyirlər ki, “sizdən aldıq, bitmədi”. Amma bu o demək deyil ki, hamısı belədir, on ağacdan biri bitməyə bilir. Biz heç vaxt fırıldaqçılıq etmirik. Əgər kimisə aldatsaq, heç nə qazanmarıq, əksinə, müştərilərimizi itirərik. Həm də, biz tingləri gətirib burada özümüz calaq etdiyimizə görə belə problemlər yaşanmır”.

Ting satışı ilə məşğul olan şəxslər deyirlər ki, mağazaya dekorativ ağaclar ən çox İran, Türkiyə və İtaliya və İspaniyadan gətirilir. Bu bitkilərin qiymətləri isə yerli meyvə ağaclarından xeyli bahadır.

Mağazalarda ən bahalı ağacların qiymətləri isə 1000-1500 manat arasında dəyişir. Qiyməti 1000 manata təklif olunan ağaclar palıd, palma, zeytun, “Bonzay” bitkiləridir.

Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...


“Əvvəllər 10-20 min manata da ağaclarımız olurdu. Bunlar daha çox böyük palma və zeytun ağacları idi. Amma daha onları alan olmadığına görə satmırıq. Çünki dollar manata nisbətən bahalaşıb, ona görə də xaricdən ağac tinglərinin gətirilməsi baha başa gəlir, bizə sərf eləmir. Xüsusən son iki ildə alverimiz çox zəifləyib, amma yenə də, digər ağaclarla müqayisədə meyvə ağacları yaxşı satılır”, - deyə Heydər Əliyev prospektində yerləşən ting mağazasının satıcısı Əfqan İbrahimov bildirir.

Satıcı deyir ki, İtaliyadan gətirdikləri bəzi ağaclar, o cümlədən, “Kalian”, “Kameliya” bitkilərinin qiyməti öz ölkəsində də artıb. İndiyə qədər Azərbaycanda 1000 manata satılan bu ağacın hazırda İtaliyadan alınması 1000 manata başa gəlir. Üstəlik, ağacların daşınması, ölkəyə gətirilməsi əlavə xərc tələb edir. Bundan başqa Türkiyədən gətirilən zeytun ağaclarının satışı zəiflədiyindən daha çox sifariş əsasında gətirilir.

“Hamı yerli meyvə ağacı axtarır”

Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...


Ting alveri ilə məşğul olan satıcıların sözlərinə görə, hazırda bazarda ən çox tələbat yerli meyvə ağaclarınadır. Bununla yanaşı yerli şam və küknar tingləri də ən çox satılan ağaclar sırasındadır. Yerli meyvə ağaclarının qiymətlərində isə ötən illə müqayisədə dəyişiklik olmayıb. Bazarda bir illik meyvə ağacları, o cümlədən, tut, nar, əncir, şaftalı 3-4 manatdır. Yalnız “karolyok” və gilas ağacları nisbətən baha 4-6 manata təklif olunur. Şam ağacı – 3-10 manat, limon isə 30-50 manat arasında dəyişir.

2-3 illik ağacların qiymətləri isə 30- 40 manatdır. Satıcı Əfqan İbrahimov deyir ki, mağazada 5 illiyə qədər ağaclar olur. Onların kökü böyük torpaqla birgə gətirilir. Digər ağaclar əkildikdən bir neçə il sonra bar verirsə, belə ağaclar əkilən ili meyvə verir.

Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...


Müsahibimiz deyir ki, əkilən tinglərin bol məhsul verməsi üçün vaxtında gübrələnməlidir. Üzvi gübrələr – peyin, kompost, torf və digərləri torpaqda gec minerallaşdığına görə ondan daha çox payız-qış aylarında istifadə etmək məsləhətdir. Çünki üzvi gübrələrdən ayrılan istilik qış aylarında bitkini şaxtadan qoruyur. Mineral gübrələr – azot, fosfor, kalium isə əsasən yazqabağı verilir. Bu gübrələrin yay aylarında verilməsi qida əhəmiyyəti ilə yanaşı həm də torpağı sərin saxlamağa kömək edir. Gübrənin miqdarı isə torpağın tərkibindən və bitkinin yaşından asılıdır.

Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...


Bir neçə ting satışı nöqtəsinə baş çəksək də alıcılara rast gəlmədik. Amma ting satanlar deyirlər ki, hazırda alverin qızğın vaxtıdır, müştəri isə daha çox həftə sonları bol olur. “Elə gün olur ki, 20-30 ting satırıq, elə gün olur heç bir ting belə satmırıq. Ən çox satış həftə sonları olur. Amma ting bazarında son iki ildə bir qədər durğunluq yaranıb, satış xeyli zəifləyib, əvvəlki kimi qazanc olmur”, -deyə Heydər Əliyev prospektində yerləşən digər ting mağazasının Əfqan adlı satıcısı bildirir.

Müxtəlif meyvə tingləri, bəzək ağacları biznesi ilə məşğul olanlar onu da deyirlər ki, ümumən bağ-bağat salmaq, ona düzgün qulluq eləmək xərc tələb edən işdir. Buna da hər adamın gücü çatmır. Yəni tingləri alıb basdırmaqla iş bitmir, gərək bağa baxasan ki, bağ ola...

Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...
Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...
Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...
Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...
Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...
Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...
Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...
Bakıda 10-20 min manatlıq ağaclar alıb "cənnət bağları" salanlar hara yoxa çıxıb...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *