Eskortu dayandırın, əks halda Azərbaycan hökuməti yenidən düşünməli olacaq!
İlham Əliyev ona məxsus parlaq siyasi bacarığını yenidən nümayiş etdirdi. Siyasətçinin gücü nədədir? Sözsüz, hadisələrin gedişatını əvvəlcədən qabaqlamaq bacarığında, vəziyyəti öz xeyrinə dəyişmək, rəqiblərinin ümidlərini puça çıxarmaq qabiliyyətində.
Prezident seçkilərinin vaxtının dəyişdirilməsi haqda qərar daxili siyasi vəziyyətin destabilizasiyası ssenarisini hazırlamağa girişmiş xarici güclərin və azsaylı yerli siyasi qaragüruhun gözləntilərini alt-üst etdi.
Diqqət yetirin, bu haqda öz internet-çıxışlarında qeyri-sistem müxalifətinin lideri Əli Kərimli açıq danışır. O, prezident seçkilərində iştirakdan öz imtinasını necə izah etdi? Dəbdəbəsiz və qeyri-müəyyən, amma qorxunc səmimiyyətlə: guya, milli-inqilabçıların hakimiyyət uğrunda mübarizəsi seçki prosesi ilə bağlı deyil və inqilabqabağı vəziyyətin formalaşmasına istiqamətlənib.
Əli Kərimli bu rəngdən başlamışdı...
Kərimli və başqa mariginal siyasətbazlar bu inqilabqabağı vəziyyəti meydanların ortaya atdığı inqilabi rəngləri ildən-ilə narıncıdan qırmızıya, qırmızıdan yaşıla dəyişməklə on üçüncü ildir ki, hazırlayır... Bu inqilabqabağı vəziyyətin hədəfi, dəfələrlə yazdığımız kimi, ictimai-siyasi formasiyanın keyfiyyətcə dəyişikliyindən ibarət deyil, yalnız və yalnız siyasi çevrilişdir. Hakimiyyətlə ideya-siyasi döyüşün bütün fabulası pafoslu-ritorik uydurmaya uyğunlaşdırılıb – "onlar gedəcək, hər şey yaxşı olacaq". Amma onlar getmirlər. Və getməyəcəklər. Çünki hakimiyyətlər yalnız xalqın iradəsi ilə formalaşdırılır və gedir.
Hakimiyyətin mənbəyi – xalqdır. İnternet deyil. Və hətta xəyali ictimai rəy də, hansı ki, siyasi kəfkirin tərəddüdlərindən asılıdır, hakimiyyətin mənbəyi deyil.
Lakin nə Kərimli özü, nə də nihilist güclər xalqın hakimiyyəti dəyişmək cəhdlərində iştirak etməməsinin paradoksunu izah etmək gücündə deyillər. İlham Əliyev nə deyir? Hakimiyyət və xalq birdir. Müxalifət bunun əksini iddia edir. Ancaq prezidentin tezisini təkzib etmək üçün, müxalifət gərək xalq hiddətini nümayiş etdirsin. O isə yoxdur. Və 2013-cü ilin seçkiqabağı dövründən – “feysbuk inqilabı”nın pik vaxtından fərqli olaraq, xalq hiddəti hətta internetdə də hiss edilmir.
Hətta prezidentin və hökumətin ən sərt tənqidçiləri belə siyasi həqiqətin hamıya məlum olan aşkar faciəsini etiraf edirlər: mövcud hakimiyyətin alternativi yoxdur. Niyə faciəsini? Çünki ağıllı və sivil alternativin formalaşmasında ilk növbədə hakimiyyətin özü maraqlıdır.
Orduxan-yaşı ötmüş qadınlar üçün eskort
Müxalifət və hakimiyyətin tənqidçiləri şikayətlənirlər – bu alternativ harada yaranmalıydı? Axı indiki siyasi reallıqlar və ilkin şərtlər alternativ siyasi gücün yaranmasını tam istisna edir. Amma tarix göstərir ki, hətta ən istibdad rejimlərin dövründə belə– istər rus çarı və ya İran şahı, istərsə də militarist kamalizm dövrü olsun, hələ qum karxanaları generallarını (“Qum karxanaları generalları”-Jorj Amadunun romanı əsasında amerikalı rejissor Holl Bartletin çəkdiyi film, müəllif qəddar hərbi xunta başçılarını bu filmdəki yeniyetmələrlə müqayisə edir-red.) demirəm, müxalifət yaradılıb və ölkə xaricində, mühacirətdə olsa belə, hakimiyyət uğrunda inadla mübarizə aparıb.
Və bu gün biz dövrümüzün daha bir fundamental siyasi probleminə – mühacirət müxalifətinin eybəcər mahiyyətinə toxunacağıq. Hərçənd onu müxalifət yox, xuliqanlar, lütlər və plebslər adlandırmaq daha düzgün olardı. Budur, artıq bir neçə gündür onlar Parisdə, Berlində və Bonnda Azərbaycan hökuməti əleyhinə aksiya keçirirlər. Bu tör-töküntünün Avropa ölkələri paytaxtlarının küçələrindəki çıxışları təəssüf və acı təəssürat doğurur.
Hansısa Orduxan Teymurxan-xoşbəxt həyat axtarışı ilə Niderlanada qədər sürüşüb gedən miqrant bu müxalifətin liderliyini üzərinə götürüb. Dildən pəltək, vulqarlıq, təhqirazmiz çıxış tonu və tərbiyəsizlik, kobudluq və qabalıq...Hər şey məhz bu cür çirkin, əcaib formada baş verir: heyvi-metalçı görkəmində (ağır metal-rok musiqisinin bir qolu) peyda olur, ağzı köpüklənə-köpüklənə söyüş və qanmazlıq, heyvərəlik püskürür...
Və onun lənət-söyüşlərini asan pullar və bir anda gələn xoşbəxtlik dalınca Qərbə can atmış daha 15-20 tərbiyəsiz küçə uşağı qapır. Onlardan heç biri qərb ali məktəblərinin məzunları deyillər, xarici dilləri bilmirlər, erudisiya və ya bilikləri ilə parlamırlar. Əgər Orduxanın özü bu yaxınlara qədər Hollandiyada yaşlı qadınlar üçün eskort xidmətləri göstərməklə dolanırdısa bu özü hər şeyi deyir!
Və bu boşboğazlar dəstəsinə Almaniyadan deportasiya təhlükəsi qarşısında olan daha bir-iki cüt azərbaycanlı ailə qoşulub. Hamıya yaxşı bəllidir ki, bir çox mühacirlər Azərbaycanı saxta siyasi arayışların köməyi ilə tərk ediblər. Baş prokurorluğun araşdırması zamanı müxalifət liderlərinin özləri etiraf etdilər ki, miqrantların böyük hissəsinə onların siyasi fəaliyyəti barədə saxta arayışlar verilib. Budur, doğma vətənlərindən qaçıb getmiş bu adamlar öz dosyelərini siyasiləşdirmək üçün əlləşməli olurlar.
Beləliklə, kərimliçilər dəstəsi keçici olaraq Avropa etiraz hərəkatı barədə “qəşəng mənzərə” əldə etmiş olurlar-baxın, onlar, azərbaycanlılar, “böyük mühacir toplusu” hakimiyyəti Avropanın lap mərkəzində ifşa edir. Və kərimliçilər sürüsü bu “qəşəng mənzərə”ni “fırlatmağa” başlayırlar, Avropa paytaxtlarını bürüyən mühacir müxalifəti barədə imitasiya yaratmağa çalışırlar. Və heç kim sual vermir ki, nəyə görə bu etirazları sosial tullantılar, azərbaycan siyasətinə heç bir dəxli olmayan qeyri-sinfi elementlər başladıblar?!
Budur, köynəyi açıq yaxalı oğlan Orduxan sifətindəki senzuradan kənar ifadə və dilindəki söyüşlə guya hüquqları tapdalanmış kərimliçilər yığınını ruhlandırır. Axı prezident seçkilərinin elan edilməsindən hələ iki həftə əvvəl Kərimli və 1992-ci illərin digər qorxu-adamları hakimiyyəti Bakı küçələrində intifada ilə hədələyirdi. İcazə verin sual edək, bəs hanı intifada? Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda 10-15 müqəvvanın, bostan qoruqçusunun obrazında komik intifada təşkil etdilər.
Şübhəsiz ki, bu tullantılar xarici xüsusi xidmətlər tərəfindən istifadə olunur. Axı Orduxan və digər onun kimi etirazçı tullantıları qaçqın düşərgəsi şəhərciklərində somalililər, əfqanlar, suriyalılarla yan-yana, ölkədən deportasiya olunmaq təhdidi altında yaşayır. Kordonun o tərəfində ilişib qalmaq üçün son şans barışmaz mübariz statusunu qabartmaq və siyasi status almaqdır. Belə görünür ki, Azərbaycan hökuməti bu komik aksiyaların arxasında Avropa xüsusi xidmətlərinin dayandığını istisna etmir.
Əgər Almaniyanın, Hollandiyanın, Fransanın xüsusi xidmət orqanları doğrudanda bu boşboğaz mühacir dəstəsi ilə hansısa formada bağlıdırsa (axı Avropada başqa ciddi antiəliyevçi qüvvə demək olar ki, qalmayıb!) və belə aksiyalarla qarşıdakı seçkilərə zərbə vura biləcəklərinə doğrudan da inanırlarsa o zaman bu tendensiya həmin ölkələrlə Azərbaycan arasında əməkdaşlığa, ilk növbədə birgə iqtisadi layihələrə öz təsirini göstərə bilər.
Görünür Azərbaycan hökumətində şübhələr var ki, adları çəkilən ölkələrin xüsusi xidmət orqanları siyasi manipulyasiyaya, hərdən insunasiyaya yol verirlər. Və əlbətdə ki, bu cəhdlər hökumətdə anlaşılmazlıq yaradır. Bu necə olur axı?
Razılaşmalar təhlükə altındadır
Bir tərəfdən Bakıya rəsmi səfərlə Almaniyanın Şərq iqtisadi komitəsinin sədri Volfqanq Byuhelin başçılığı ilə nümayəndə heyəti gəlir. Nümayəndə heyətini prezident İlham Əliyev qəbul edir, görüşdə Almaniya hökumətinin nümayəndələri Azərbaycanın qeyri-neft sektoruna invstisiyalar yatırmağa maraq göstərdiklərini ifadə edirlər, mühüm razılaşmalar əldə olunur.
Digər tərəfdən isə-bu səfərdən cəmi bir neçə gün sonra Almaniya hökuməti və xüsusi xidmət orqanları boşboğaz mühacir yığnağının Berlinin mərkəzində nümayişkarənə demarşına göz yumur. Yaxud rəsmi Bakıya qarşı açıq-aşkar təhqiramiz xarakter daşıyan bu aksiyaların keçirilməsinə imkan yaradır. Belə olan halda Qərbi Avropa ölkələrinin hökumətlər dərk etməlidir ki, xüsusi xidmətlərin bu cür küçə aksiyalarının təşkilində iştirakı heç şübhəsiz ikitərəfli münasibətlərin perspektivlərinə təsir göstərəcək! O eskortu dayadırın, əks halda rəsmi Bakı yenidən düşünməli olacaq!
Mənbə:> Virtualaz.org