Ərdoğan Xocalı soyqırımı haqda » AzNews.info -Xəbər portalı

Ərdoğan Xocalı soyqırımı haqda

Ərdoğan Xocalı soyqırımı haqda

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı şəhidlərinin xatirəsini yad edib.

Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən Ərdoğan deyib: “Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri Xocalıda yaşanıb. Xocalı qatillərinə hökm kəsən ölkə gördünüzmü? Türk, müsəlmandırsa, həmin ölkələr bunu görmürlər. Biz isə Xocalı qətliamını unutmadıq, unutmayacaq və xatırladacağıq. Xocalı faciəsində şəhid edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik”.

Yeri gəlmişkən, Türkiyənin Aydın vilayətində Xocalı faciəsinə həsr olunmuş təzə park və Qarabağ parkı açılıb.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *