Türk ordusu irimiqyaslı hücuma başladı
Türkiyə ordusu və Azad Suriya Ordusu Afrinin şimal-şərqində yerləşən Burseya dağında YPG terror təşkilatı ilə şiddətli döyüşlərə başlayıb.
AzNews.info axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Bu dağ sayəsində YPG Türkiyənin Kilis vilayəti və ASO-nun nəzarətində olan Azez şəhərini atəş altında saxlaya bilir.
Quru qüvvələrlə yanaşı əməliyyata hərbi təyyarələr də qoşulub.
YPG-nin buradakı beton mövqeləri təyyarələr və “Fırtına” özüyeriyən artilleriya qurğuları vasitəsilə darmadağın edilib.
Mənbə:> Axar.az