Niderlandda Azərbaycan diasporuna kimlər hücum edib? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Sosial

Niderlandda Azərbaycan diasporuna kimlər hücum edib? – ŞƏRH

Niderlandda Azərbaycan diasporuna kimlər hücum edib?


"Afrin əməliyyatına görə Avropadakı radikal kürdlərlə erməni lobbisinin maraqları birləşir və mümkündür ki, Niderlandda da hücumu birgə təşkil ediblər".

Bunu Qaynarinfo-ya açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bu tip hadisələrlə hələ bir müddət də qarşılaşacağımızı bildirib.

"Dünən Avropanın bir sıra yerlərində, o cümlədən Almaniyada da radikal kürdlər bir sıra mitinqlər təşkil etmişdilər. Ona görə mümkündür ki, belə hücumlarla biz hələ bir müddət də qarşılaşaq. Xatırlayıram ki, 90-cı illərin sonunda PKK lideri Abdullah Öcalan həbs olunub, Türkiyəyə gətiriləndə də Avropadakı türk mərkəzlərinə, diaspor təşkilatlarına bu cür hücumlar təşkil olunmuşdu. İndi də oxşar vəziyyət yaranıb. Radikallar Suriyada çox böyük məğlubiyyətlərlə üzləşirlər, ona görə də bunun intiqamını Avropada almağa çalışırlar".

Qeyd edək ki, dünən Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub. Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar.

Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edənlər 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır.

Mənbə: Qaynarinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *