Afrin əməliyyatından doğan Qarabağ şansı » AzNews.info -Xəbər portalı

Afrin əməliyyatından doğan Qarabağ şansı

Afrin əməliyyatından doğan Qarabağ şansı


Türkiyənin təcrübəsi öyrənilməli, qardaş dövlətdə olduğu kimi, Azərbaycan XİN-lə Müdafiə Nazirliyi birgə çalışmalı, ortaq strategiya formalaşdırmalıdırlar.

Missiya.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün facebook hesabında deyib.

“Türkiyə sərhədi pozan Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı münasibətlər gərginləşdi. O zaman rusiyalı rəsmilər və hərbçilər deyirdilər:

“Türkiyənin cəsarəti varsa hərbi təyyarəsi və hərbi texnikası Suriya sərhədini pozsun”.

Həqiqətən o günlərdə Türkiyə Suriya sərhədində suyu üfürə-üfürə içirdi, bilirdi ki, Rusiya məqam axtarır ki, Türkiyənin təyyarəsini vursun və Ankaradan intiqam alaraq hesabı 1-1 etsin” – deyən politoloqun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın vurulan təyyarəyə görə rusiyalı həmkarından üzr istəməsi strateji baxımından doğru addım idi:

“Əgər iki ölkə arasında münasibətlər gərgin olsaydı Türkiyə ordusu bu gün Suriya ərazisində əməliyyat həyata keçirə bilərdimi? Əsla. İndi isə Rusiya Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatına faktiki gözünü yumub, vəziyyətin bu həddə çatmasında Amerikanı ittiham edir, radikal kürdlər isə Moskvanı xəyanətdə ittiham edirlər. Yəni, tam Türkiyəyə uyğun bir durum.

Türkiyə ordusunun Suriya ərazisindəki ikinci hərbi əməliyyatı Fətullah Gülən tərəfdarlarının il yarım bundan əvvəlki ordu içindəki təxribatını da unutdurdu. 2016-cı ildə hərbi çevrilişə cəhd və həbslər açıq demək lazımdır ki, Türkiyə ordusunun nüfuzuna zərbə vurdu.

Türkiyə ordusunun Suriyadakı iki uğurlu hərbi əməliyyatı ordunun nüfuzunu yenidən özünə qaytardı. “Türkiyədə o qədər pilot həbs olunub ki, hərbi təyyarələri havaya qaldıra biləcək kimsə qalmayıb” mifinə də son hərbi əməliyyatla son qoyuldu. Türkiyədə hərbi tapşırığı uğurla yerinə yetirəcək kifayət qədər peşəkar pilot var.

Gəlirik Dağlıq Qarabağa probleminə. Bu günlərdə ən çox eşitdiyim tezis budur:

“Türkiyə qonşu dövlətdə təhlükəsizliyini artırmaq üçün hərbi əməliyyat həyata keçirdiyi halda biz niyə öz ərazimizdə eyni hərbi əməliyyat həyata keçirib işğala qon qoymayaq?”

Məntiqli sualdır. Ancaq Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatdan əvvəl Ankara fəal diplomatik təmaslara baş vurdu, Moskvaya, Vaşinqtona, Tehrana və digər paytaxtlara hərbi əməliyyatın məqsədi izah edildi, razılıq alındı və düyməyə basıldı.

Gələcəkdə elə etmək lazımdır ki, bizim qonşular da Azərbaycan ordusunun öz torpaqlarında hərbi əməliyyatına mane olmasınlar, apreldə olduğu kimi Kremldən Bakıya “hücumu dayandırın!” kimi mesaj göndərilməsin.

Bunun üçün isə Türkiyənin təcrübəsi öyrənilməli, qardaş dövlətdə olduğu kimi Azərbaycan XİN-lə Müdafiə Nazirliyi birgə çalışmalı, ortaq strategiya formalaşdırmalıdırlar”.

Mənbə: Missiya.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *