“Əsl cəhənnəm silahıdır...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi

“Əsl cəhənnəm silahıdır...”

“Əsl cəhənnəm silahıdır...”

Bu il Rusiya ordusunun silahlanmasına ağır odsaçan sistemlərinin yeni modifikasiyası daxil olacaq. Virtualaz.org xəbər verir ki, Almaniyanın “Ştern” jurnalı bu haqda yazır. Bildirilir ki, ağır odsaçan sistemlərin yeni modifikasiyası sovet dövründə hazırlanmış TOS-1 “Buratino” və onun sonrakı versiyası olan TOS-1A “Solntsepyok” sistemlərinin modernləşdirilməsinin nəticəsidir. Belə ki, TOS-1A “Solntsepyok” T-72 tanklarının bazasında hazırlanırdısa yeni variant ən yeni “Armata” tanklarının şassisi üzərində yığılacaq.

Jurnalın yazdığına görə habelə odsaçanların təkərlli şassilər üzərində yerləşdirilməsinin bir neçə variantı nəzərdən keçirilir. Bu məqsədlə “Bumeranq” döyüş platformasının tətbiqi gözlənilir, belə olsa odsaçan sistemlərin mobilliyi xeyli artacaq. Habelə Rusiya hərbi sənayesi odsaçan sistemin hədəfi vurma məsafəsinin artırılması üzərində də işləyir.

“Əsl cəhənnəm silahıdır...”


Alman jurnalı qeyd edir ki, belə silah heç bir qərb ölkəsində yoxdur. Silahın əsasını səpələnmiş aerozol mənşəli maddənin alışması nəticəsində nəhəng partlayış dalğası yaradan termobarik sursatlar təşkil edir. Bu silah hətta düşmənin ciddi möhkəmləndirilmiş mövqelərini sıradan çıxarmağa və minalanmış ərazidə minaların məhv edilməsinə imkan verir. “Bu, əsl cəhənnəm silahıdır”-alman jurnalı vurğulayır.

Məqalədə deyilir ki, ağır odsaçan sistemlər Rusiyadan başqa İraq, Azərbaycan və Qazaxıstan ordularının silahlanmasında yer alır. Hərçənd bu silahın Suriyada da tətbiq olunduğuna dair faktlar var.

Azərbaycan ordusu TOS-1A “Solntsepyok” odsaçan sistemlərini 2016-cı ilin aprel döyüşlərində məhdud ölçüdə tətbiq edib. Daha sonra Ermənistan da güzəştli kredit hesabına Rusiyadan bu sistemlərin alınmasına dair müqavilə bağlayıb. Odsaçan sistemlərin Ermənistana dekabr ayında çatdırılması nəzərdə tutulurdu.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *