"Feyk" müdafiə naziri meydana çıxdı, Ovanisyan təşvişə düşdü
“Twitter”də Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın adı altında feyk hesab peyda olub. Virtualaz.org “Armenpress”ə istinadən xəbər verir ki, hesab @vigensargsyann ünvanında yerləşir.
Bu barədə özünün “Facebook” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan yazıb.
“Əziz dostlar, belə bir feyk səhifə var, biz gərək hər şey edək ki, bu səhifə bağlansın”, - Ovannisyan yazıb.
Mənbə:> Virtualaz.org