Ermənistanda səfərbərlik başlayıb? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Ermənistanda səfərbərlik başlayıb? – YENİLƏNİB

Ermənistanda səfərbərlik başlayıb?

Ölkənin Müdafiə nazirliyinin rəsmisi açıqlama verdi.

Ermənistan ərazisində hərbi səfərbərliyin elan olunması haqda xəbərlər həqiqəti əks etdirmir.

Oxu.Az erməni KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan Facebook səhifəsində yazıb.

Onun yazdığına görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmas xəttindəki gərginlik Ermənistan ictimaiyyətində şayiələrin yayılmasına və əhalinin vahimələnməsinə səbəb

Mətbuat katibi səfərbərliklə bağlı yayılan xəbərləri də şayiə adlandıraraq təkzib edib.

15:12

Ermənistanda hərbi komissarlıqlar ehtiyatda olan hərbçilərin yaşadıqları mənzillərə zəng vuraraq, “voenkomata” gəlməyi xahiş edirlər.

“Kimin orduda xidmət etmiş oğlu varsa, zəng edərək, gəlməyi istəyirlər. Bundan başqa, həkimləri də çağırırlar”, - deyə, İrəvan sakini “Qazeta.ru”nun müxbirinə bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *