Netanyahunun oğlu böyük qalmaqalın mərkəzində » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Sosial

Netanyahunun oğlu böyük qalmaqalın mərkəzində – KEF MƏCLİSİ, QADINLAR VƏ 25MİLYARDLIQ QAZ SAZİŞİ...

Netanyahunun oğlu böyük qalmaqalın mərkəzində

İsraildə, mərkəzində baş nazir Binyamin Netanyahunun oğlu Yairin olduğu böyük qalmaqal qopub.

Virtualaz.org newsru.co.il nəşrinə istinadən bildirir ki, "Keşet" və “Reşet” kanallarının informasiya xidmətləri dostları ilə Yairin danışığının audioyazısını yayıblar.


Söhbət iki il əvvəl kiçik Netanyahunun biznesmen Kobi Maymonun oğlu Uri Maymon və Avstraliya biznesmeni Ceyms Parkerin İsraildəki maraqlarının təmsilçisi Roman Abramovla birlikdə cümə istirahəti zamanı lentə alınan audioyazıdan gedir.

Süjetə redaksiya önsözündə ayrıca vurğulanır ki, cavanlar Təl-Əvivdəki striptiz-klublardan birinə hökumət qarajına məxsus maşında gediblər, bütün axşam boyunca onları dövlət qulluqçuları olan sürücü və mühafizəçi müşayiət edib.

Süjet efirə “hökumət başçısının uşaqlarının mühafizə xərci vergi verənlərin pulu hesabınamı ödənməlidir” mövzusunun müzakirəsi fonunda çıxarılıb.

Audioyazıdan məlum olur ki, sərxoş cavanlar zarafatlaşır, qadınlar haqqında biədəb fikirlər səsləndirirlər. Bundan başqa, Yair Netanyahu Maymona deyir ki, o ona təşəkkür etməlidir, çünki atası (Binyamin Netanyahu) Kobi Maymon üçün 25 milyard dollarlıq "qaz sazişi" təşkil edib.

İsrail KİV-ində bazar ertəsi bütün gün ərzində baş nazirin dəftərxanası və Netanyahu ailəsinin şəxsi vəkili xəbərlər dərc etdirərək audioyazının yayılmasına mane olmağa çalışıblar.

İsrail baş nazirinin dəftərxanasında qeyd edirlər ki, Yairin hərəkəti və mühafizəsi üçün təhlükəsizlik xidmətləri cavabdehdirlər: "Əgər İran saytları təhdidlərlə Yairin və Avnerin şəkillərini yayırlarsa, deməli, güc strukturlarında narahatlıq üçün əsaslar var".

Bundan başqa, baş nazirin dəftərxanasının xəbərində qeyd edilir ki, Binyamin Netanyahu Kobi Maymonla şəxsən bircə dəfə, o da on il əvvəl, görüşüb və sonradan onunla heç bir əlaqə saxlamayıb. Üstəlik, Yairin biznesmenin oğlu ilə dostluğu haqda ona heç nə məlum deyil.

O ki qaldı “qaz sazişi”, hökumət başçısının dəftərxanasında iddia edirlər ki, həmin saziş Kobi Maymonun xeyrinə olmayıb...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *