Obamanın keçmiş fotoqrafı qırmızı “nüvə düyməsi”nin fotoşəklini dərc edib
Barak Obamanın keçmiş rəsmi fotoqrafı Pit Souza özünün “İnstagram” səhifəsində nüvə çamadanının və qırmızı “nüvə düyməsi”nin fotoşəkillərini paylaşıb.
Virtualaz.org xatırladır ki, ötən gecə ABŞ prezidenti KXDR lideri Kim Çen Ina ünvanlı olaraq bilridib ki, onun iş masasının üstündəki “nüvə düyməsi” ölçülərinə görə daha böyük və güclüdür.
Pit Souzanın sosial şəbəkədə paylaşdığı ilk fotoşəkildə görünür ki, ABŞ Prezident Administrasiyasının əməkdaşı əlində qara çamadanla təyyarəyə minir. Həmin çamadanda ölkənin nüvə qüvvələrinin idarə edilməsi üçün mobil məntəqə yerləşir.
İkinci şəkildə isə Ağ Evin Oval kabinetindəki iş masasının üstündəki qırmızı düymə əks olunub. Düymənin yanında yerləşdirilmiş lövhədə yazılıb: “Ağır qərarlar ağır qəbul edilir” (Hard things are hard).
“Xoşbəxtlikdən, bu qırmızı düymə müharibəni başlamaq məqsədi güdmür. Ondan prezident öz köməkçisini çağöırmaq üçün istifadə edirş”, - Souza qeyd edib.
Mənbə:> Virtualaz.org