İranı etiraz nümayişləri bürüdü: yoxsulluq, bahalaşma, korrupsiya... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Sosial

İranı etiraz nümayişləri bürüdü: yoxsulluq, bahalaşma, korrupsiya...

İranı etiraz nümayişləri bürüdü: yoxsulluq, bahalaşma, korrupsiya...

İranda hakimiyyətə qarşı etiraz nümayişləri dalğası başlayıb. Virtualaz.org xarici KİV-lərə, o cümlədən İran mənbələrinə istinadən xəbər verir ki, bu gün dekabrın 29-da ölkənin qərbindəki Kirmanşah şəhərində böyük insan kütlələri küçələrə çıxıb. Bundan bir gün əvvəl isə İranın ikinci böyük şəhəri olan Məşhəddə minlərlə nümayişçi bahalığa və korrupsiyaya etiraz olaraq küçələrə çıxmışdı.

Sosial mediada yayılmış videoda Kirmanşahın mərkəzindəki Azadi meydanında etirazçıların “Diktatora ölüm” və “Millət yoxsulluqda vurnuxur, rəhbər özünü Allah sayır” kimi şüarlar səsləndirdiyi eşidilir. Şüarların məzmunundan, onların, adlarını çəkmədən həm ali rəhbər ayətüllah Əli Xamneyi, həm də prezident Həsən Ruhanini hədəflədiyi görünür. “Reuters” bildirir ki, asayiş qüvvələri Kirmanşah küçələrində nümayişçilərə müdaxilə edib, bu zaman qarşıdurma olub və həbs olunanlar var.

Məşhəddə yer almış etirazların ardınca İranın dövlət mediası Tehran vilayətinin vali müavini Möhsün Həmədaniyə istinadən bildirir ki, hüquq-mühafizə orqanları istənilən toplanışlara qarşı ən sərt tədbirlərə əl atacaq. Yarırəsmi “Fars” xəbər agentliyi bildirir ki, dekabrın 28-də Məşhəddə keçirilmiş nümayişdə 52 nəfər həbs edilib. Bu nümayişdə çəkilmiş videoda da adamların “Diktatora ölüm” və “Ruhaniyə ölüm” şüarlarını səsləndirdikləri eşidilir. Məşhəddəki etirazlar zamanı polis kütlələri dağıtmaq üçün suaatanlardan və gözyaşardıcı qazdan istifadə edib.

İranı etiraz nümayişləri bürüdü: yoxsulluq, bahalaşma, korrupsiya...
Vitse-prezident Ehsaq Cahangiri

Kirmanşah İranın eyniadlı yoxsul vilayətlərindən birinin mərkəzi şəhəridir. Üstəlik də bu vilayətdə son bir ayda bir neçə güclü zəlzələ qeydə alınıb. Noyabrın 14-də baş vermiş zəlzələdə 530 nəfər ölüb. Bəzi təsdiq olunmamış məlumatlara görə, Şiraz da daxil başqa şəhərlərdə də etiraz aksiyaları keçirilib. İranda siyasi nümayişlər nadir halda baş versə də, maaşların vaxtında verilməməsi və qiymət bahalığına görə etirazlar tez-tez keçirilir.

Məşhəddəki nümayiş zamanı səsləndirilmiş şüarlardan biri belə idi: “Suriyadan çıx, bizim haqqımızda düşün”. Təhlilçilər deyirlər ki, belə şüarlar İranın Suriya prezidenti Bəşər Əsədə dəstək məqsədilə bu ölkəyə hərbi qüvvə və başqa yardımlar göndərməsinə qarşı etiraz kimi səslənir.

IRNA dövlət xəbər agentlityi isə Məşhəd valisi Məhəmməd Rahim Nouriziana istinadən bildirib ki, şəhərdə “Bahalığa yox” şüarı ilə icazəsiz nümayiş keçirilib. Prezident Həsən Ruhaninin müttəfiqi, vitse-prezident Eshaq Cahangiri isə bildirib ki, Məşhəddəki etirazların arxasında prezidentə qarşı olan mühafizəkarlar dayana bilər.

“Küçələrdə siyasi və ya iqtisadi hərəkatları başladanlar, sonradan onun öhdəsindən gəlməyə də bilərlər. Bu hadisələrin arxasında duranlar öz barmaqlarını yandıracaqlar. Onlar elə bilirlər ki, bununla hökumətə ziyan vuracaqlar”-İran vitse-prezidenti bildirib.

Yarımrəsmi “İlna” agentliyinin xəbərlərində isə deyilir ki, dekabrın 28-də Nişapur, Yəzd, Kaşmar və Şahrud şəhərlərində də “daha azsaylı” etiraz aksiyaları olub.

Xəbərlərə görə son günlər İranda yumurta da daxil olmaqla əsas ərzaq növlərinin qiymətləri 40 faiz bahalaşıb. Fermerlər bunu xaricdən alınan mal-qara yeminin bahalığı ilə əlaqələndirirlər. İran Mərkəzi Bankının son məlumatına görə ölkədə inflyasiya 10 faiz həddindədir

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *