Baş prokurorluq azərbaycanlı maqnata qarşı irimiqyaslı yoxlamalara başladı » AzNews.info -Xəbər portalı

Baş prokurorluq azərbaycanlı maqnata qarşı irimiqyaslı yoxlamalara başladı – 1.2 MILYARDLIQ DOLLARLIQ MAXİNASİYA?

Baş prokurorluq azərbaycanlı maqnata qarşı irimiqyaslı yoxlamalara başladı

Rusiya Baş prokurorluğu Mərkəzi Bank tərəfindən müvəqqəti idarəçilik tətbiq olunan “Otkrıtie” bankının səhmdarları Leonid Fedun, Vahid Ələkbərov və Aleksandr Belyayevlə bağlı irimiqyaslı yoxlamalara başlayıb. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Baş prokurorluq onları bir tərəfdən bankın müflisləşməsinə gətirib çıxaran, digər tərəfdən dələduzluq yolu ilə mənfəət əldə etməyə imkan verən hərəkətlərdə şübhəli hesab edir.

Hüquq-mühafizə orqanlarında belə qənaətə gəliblər ki, “Lukoil” prezidenti Vahid Ələkbərov və onun biznes ortaqları Arxangelsk vilayətində almaz hasilatı ilə məşğul olan “Arxangelsk geoloji hasilat” (“Arxanqelskgeoldobıça”) şirkətinin səhmlərini banka bazar dəyərindən dəfələrlə baha sırıyıblar. Belə ki, səhmlərin bazar dəyəri 300-350 milyon dollar olduğu halda bank onu 1.5 milyard dollara alıb. Əldə olunan fərq isə bankın səhmdarları-Aleksandr Belyayev, Leonid Fedun və Vahid Ələkbərov arasında bölünüb.

Baş prokurorluq azərbaycanlı maqnata qarşı irimiqyaslı yoxlamalara başladı


Məlumata görə Baş prokurorluq bu işlə bağlı təhqiqatı Mərkəzi Bankla birlikdə aparır. Xəbər verildiyi kimi “Otkrıtie” bankında 5 milyard dollara yaxın kapital yetərsizliyi aşkarlanıb, nəticədə Mərkəzi Bank bankda müvəqqəti idarəçilik tətbiq edərək səhmdarların qarşısında həmin pulu tapıb yerinə qoymaq tələbi qoyub. Lakin bankın təsisçisi Vadim Belyayev Rusiyanı tərk edib və geri qayıtmaq niyyətində deyil. Nəticədə dövlət orqanları bankın çatışmayan kapitalına görə onun səhmdarlarının aktivlərini müsadirə etməyi qərara alıb.

Baş prokurorluq azərbaycanlı maqnata qarşı irimiqyaslı yoxlamalara başladı


Gözlənilir ki, bankın çatışmayan kapitalına görə Vahid Ələkbərovun “Lukoil” şirkətindəki səhmlərinin bir hissəsi müsadirə olunacaq. Rusiyada bank sektorunun konsolidasiyası Fondunun nizamnaməsinə əsasən kredit təşkilatlarının sağlamlaşdırılması tədbirlərində onun sahibləri birbaşa iştirak etməlidir.

Baş prokurorluq azərbaycanlı maqnata qarşı irimiqyaslı yoxlamalara başladı


Lakin Fond tərəfindən bankın sağlamlaşdırılmasına yönəlmiş tədbirlər çətinliklərlə qarşılaşıb. Nəticədə işə Baş prokurorluq cəlb edilib. Bankın səhmdarları aktivlərinin müsadirə olunmasına imkan vermək istəmirlər. Nəticədə Baş prokurorluq səhmdarların şübhəli maxinasiyalarına dair təhqiqata başlayıb. İstisna deyil ki, bu təhqiqat çərçivəsndə yeni faktlar ortaya çıxacaq və səhmdarların dövlət qarşısında maliyyə öhdəlikləri xeyli artacaq.

Baş prokurorluq azərbaycanlı maqnata qarşı irimiqyaslı yoxlamalara başladı


Xatırladaq ki, Vahid Ələkbərov almaz yatağında hasilatla məşğul olan şirkətini bu ilin mayında satmışdı.”Lukoil” bildirmişdi ki, "Arxenqelskqeoldobıça" Açıq Səhmdar Cəmiyyətinə məxsus səhmlərin 100 faizi “Otkrıtie” bankının təsisçisi olduğu "Açıq Sənaye İnvestisiyaları" şirkətinə satılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *