Rusiya xarici işlər nazirinin keçmiş müavini: "Azərbaycanın Zuyevə aqreman verməməsi fövqəladə hadisədir" » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Rusiya xarici işlər nazirinin keçmiş müavini: "Azərbaycanın Zuyevə aqreman verməməsi fövqəladə hadisədir"

Rusiya xarici işlər nazirinin keçmiş müavini: "Azərbaycanın Zuyevə aqreman verməməsi fövqəladə hadisədir"

Azərbaycanın Georgi Zuyevin Rusiyanın Bakıdakı səfiri vəzifəsinə namizədliyini rədd etməsini fövqəladə vəziyyət hesab etmək olar. Virtualaz.org xəbər verir ki, bunu “Exo Moskvı” radiosuna RF xarici işlər nazirinin keçmiş müavini, Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr institutunun aparıcı elmi işçisi Georgi Kunadze deyib.

“Bu kifayət qədər nadir hadisədir. Başqa bir dövlətin səfirinə aqremanın verilməməsi, deyərdim ki, fövqəladə hadisədir”, - o qeyd edib.

Onun sözlərinə görə, adətən, ölkələr belə vəziyyətlərdən qaçmaq üçün bütün yollara əl atırlar. “Bəlkə heç kimin ağlına da gəlməyib kiş Azərbaycan etiraz edə bilər”, - Kunadze əlavə edib.

Ekspert bildirib ki, belə bir vəzifəyə namizədin seçilməsi uzun müddət tələb edə bilər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *