Rza Zərrabın zorladığı deyilən 62 yaşlı kişi kimdir? » AzNews.info -Xəbər portalı

Rza Zərrabın zorladığı deyilən 62 yaşlı kişi kimdir? - Kod adı “Əlahəzrət”

Rza Zərrabın zorladığı deyilən 62 yaşlı kişi kimdir?


ABŞ-ın İrana qarşı yönəlmiş embarqo yasağını pozduğu iddiası ilə Nyu-Yorkda ittiham olunan, daha sonra isə etirafçı statusunda ifadə verən iranlı iş adamı Rza Zərrabın türmədə kamera yoldaşına təcavüz etdiyi iddia edilir.

Musavat.comxəbər verir ki, Zərrabı təcavüzdə suçlayan şəxs isə narkotik qaçaqçılığında ittiham olunan Fouzi Jaber adlı məhkum olub.

"New York Times" (NYT) qəzetinin məhkəmə ilə bağlı yenilikləri izləyən müxbiri Benjamin Veiserin xəbərinə görə, Manhettendəki həbsxanada eyni kamerada qalan bir məhkum Zərrab tərəfindən cinsi istismar və təcavüzə uğradığını iddia edərək, şikayətçi olub.

Bir gün öncə, axşam saatlarında açılan cinayət işində qeyd olunub ki, sözügedən təcavüz faktları 2016-cı ilin noyabr-2017-ci ilin mart aylarında baş verib. İddianaməyə görə, şikayətçi olan məhbus Fouzi Jaber 62 yaşında və Kot d`İvuar vətəndaşıdır. Keçən il Çexiyada yaxalanaraq ABŞ-a deportasiya edilib. Bir terror qrupuna dəstək verməkdə ittiham olunur və cinayətini etiraf edib, haqqında veriləcək qərarı gözləyir. ABŞ mətbuatına görə, əslən Liviyadan olan bu şəxs Kolumbiya Silahlı İnqilabçı Güclərinə silah və narkotik maddə təminetmə ittihamları ilə yaxalanmışdı.

Jaberin sözügedən təşkilatın üzvü qiyafəsinə girən Amerikan Federal Narkotik Dairəsi (DEA) işçiləri ilə bir neçə dəfə görüşdüyü və bu səbəblə yaxalandığı qeyd olunur. İddiaya görə, Jaber həmin dönəmdə "Əlahəzrət" kod adından istifadə edirdi. Belə ki, həmin ərəfədə Jaber bu şəxsləri narkotik və silah qaçaqçıları ilə tanış edib. Təmsil etdiyi təşkilatın silah almasına, Afrikada narkotik qaçaqçılığı etməsinə və pul yumasına yardım sözü verib.

Jaber ABŞ-ın yaxalanması və deportasiya edilməsi tələbinə əsasən 2014-cü ilin aprel ayında Çexiyada yaxalanıb. 25 iyul 2017-ci ildə isə ABŞ-ın bir terror təşkilatı olaraq tanıdığı FARC-a yardımetmə ittihamını Nyu-Yorkdakı bir məhkəmədə qəbul edib.

Liviya mətbuatında isə Jaberin keçmişdə bir adam qaçırma hadisəsinə dair xəbərlər mövcuddur. Jaberin və digər işbirlikçi dostları Çexiyadakı həbsxanada qaldığı müddət ərzində Liviyada 5 Çexiya vətəndaşı qaçırılıb. Mediada isə həbsdəki liviyalılar və Çexiya vətəndaşları ilə bağlı "məhkum mübadiləsi” təcrübəsinin həyata keçiriləcəyi yazılırdı.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *