Putin xaricdəki Rusiya vətəndaşlarının müdafiəsi haqda sərəncam imzaladı
Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə ölkə xaricində yaşayan Rusiya vətəndaşlarının hüquqi müdafiəsini təmin etmək üçün qurumlararası İşçi qrupu yaratmağı tapşırıb.
"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.
Kremlin saytında yerləşdirilən sənədin mətnində İşçi qrupuna həm də qeyri-kommersiya təşkilatlarının üzvlərinin daxil ediləcəyi göstərilib. Bununla bağlı görüləcək işlər 2018-ci il martın 30-na qədər yekunlaşmalıdır.
Sərəncamın icrasına nəzarət xarici işlər naziri Sergey Lavrova tapşırılıb.
Mənbə:> Report