Putin azərbaycanlı həkimlə bağlı sərəncam imzaladı
Rusiya prezidenti Vladimir Putin azərbaycanlı Fuad Əliyevə “Rusiya Federasiyasının əməkdar həkimi” adının verilməsi barədə sərəncam imzalayıb.
Tümen Dövlət Tibb Universitetinin cərrahiyə kafedrasının müdiri Fuad Əliyev bu ada tibb sahəsindəki xüsusi xidmətlərinə görə layiq görülüb.
Fuad Əliyev 5 monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir.
Mənbə:> virtualaz.org