Putin Əliyevə “çox isti salamlar” göndərib » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Putin Əliyevə “çox isti salamlar” göndərib – YENİLƏNİB

Putin Əliyevə “çox isti salamlar” göndərib

Rusiya prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovla Azərbaycan prezidenti İlham Əliyevə “çox isti salamlar” göndərib. Virtualaz.org xəbər verir ki, bunu Lavrov özü Azərbaycan prezidenti ilə “Zuğulba” iqamətgahında görüşü zamanı bildirib. Rusiya xarici işlər nazirinin sözlərinə görə, Putin azərbaycanlı həmkarı ilə bundan əvvəlki təmaslarını “məmuniyyətlə” xatırlayır.

Lavrov İlham Əliyevi əmin edib ki, Rusiya bütün ikitərəfli müqavilələrin yerinə yetirilməsinə sadiqdir. Rusiya xarici işlər naziri habelə iki ölkə arasında ticarət dövriyyəsinin indiki səviyyəsindən razılıq ifadə edib. Bildirib ki, ilin 9 ayı ərzində ölkələr arasında mal dövriyyəsi 60 faiz artıb. Lavrovun sözlərinə görə bu, bir neçə ildir azalan ticarət dövriyyəsindən sonra çox ciddi addımdır.

İlham Əliyev isə görüşdə bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez nizamlanmasını istərdi. “Biz bu gün Ermənistan-Azərbaycan münaqişəsi barədə danışacağıq. Azərbaycan bu məsələnin mümkün qədər tez nizamlanmasında maraqlıdır”-Əliyev deyib.

* * *19:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Rusiya Fedeasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *