“Donbassda, Krımda, Qarabağda, hər yerdə rusların bazaları...” – VİDEO
Ukraynanın eks-prezidenti Viktor Yuşşenko bildirib ki, Avropa İttifaqı Donbassdakı Rusiya təcavüzünün əsas kreditorudur. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, eks-prezident bunu Avropa İttifaqının Rusiyadan enerji daşıyıcılarını alaraq onun ordusunu maliyyələşdirdiyini deyib.
“Rusiyanın hasil etdiyi enerji daşıyıcılarının 82 faizini Avropa İttifqı alır. Avropa İttifaqının isə enerji balansını götürsək bunun cəmi 30 faizini Rusiya təmin edir, qalanlarını Afrikadan, Şimal dənizindən təmin edirlər. Rusiya isə hasil etdiyi neftin, qazın 82 faizini onlara satır. Avropa dərk edir ki, Rusiyanın Donbassda, Krımda, Dağlıq Qarabağda, Abxaziyada, Osetiyadakı hərbi təcavüzünün əsas kreditorudur? Hansı ki, hər yerdə hərbi bazalar, Rusiyanın hərbi iştirakı var”-Yuşşenko bildirib.
Qeyd edək ki, Ukrayna siyasətçiləri tez-tez Donbassı Qarabağla müzakirə edirlər və hər iki münaqişənin arxasında Rusiyanın dayandığını açıq deyirlər.
Mənbə:> virtualaz.org