PA-da dəyişikliyin ertəsi Mehdiyevin Moskva səfərinin pərdəarxası » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Köşə

PA-da dəyişikliyin ertəsi Mehdiyevin Moskva səfərinin pərdəarxası

PA-da dəyişikliyin ertəsi Mehdiyevin Moskva səfərinin pərdəarxası


Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev noyabrın 22-də Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib.
AnaXeber.Az-ın Siyasət Şöbəsi yazır ki, PA rəhbərinin səfərindən bir gün əvvəl onun müavinləri və müşavirlər vəzifələri çıxarıldı.
Prezident qanun layihəsini təsdiqlədi və R.Mehdiyevin müavinləri olmayacaq. Həmin müavinlər ölkə başçısının köməkçiləri olacaqlar. Bu qərarın ertəsi R.Mehdiyev Moskvada tədbirdə məruzə ilə çıxış edir.
O, dini radikalizmin, ekstremizmin və terrorçuluğun qarşısının alınmasında Azərbaycanın xidmətlərindən danışır. Bu səfər protokolda qabaqcadan nəzərdə tutulur.
Lakin qanun layihəsinin təsdiqlənməsi Moskvaya gedişindən 1 gün əvvələ təsadüf edir. Və siyasi analitiklər, deputatlar tərəfindən R.Mehdiyevin müavinlərsiz qalması şərh edilmir.

Ümumiyyətlə, məsələnin üstündən sükutla keçilib. Çünki PA-da gedən dəyişikliklər məhz seçkiqabağı klanlararası münasibətlərin təzahürüdür. Ona görə də siyasi kursdan gələn təlimatdan xaric çıxışlar ciddi başağrısı ola bilər.
Onsuz da parlament üzvləri arasında son günlər hökuməti sərt tənqid edənlərin hansı klanın missiyasını yerinə yetirdikləri göz qabağındadır.
Bəzi deputatlar az qala müxalifət liderləri kimi kəskin çıxışlar edirlər. Hakim komanda içindəki münasibətlər məhz burdan qaynaqlanır.
R.Mehdiyev ətrafının hakimiyyətə qarşı təzyiqlərinin gələn il daha güclü olacağı gözlənilir.
Hətta müxalifətin meydanlara çıxması və şəhərin mərkəzində kütləvi nümayişlərə şərait yaradılması mümkündür.
Naxçıvan qruplaşması seçki ilində siyasi şantaj rıçaqlarını işə salmaqda böyük təcrübəyə malikdir.
Müxalifətin müəyyən kəsimi də iqtidarın bu qanadı ilə zaman-zaman əməkdaşlıq edib. Ona görə də PA-dakı dəyişikliklər Mehdiyev komandasında ciddi narazılıq doğurub. Onun Moskvaya səfəri isə həm də Rusiya ilə bu klanın əlaqələrinin möhkəm olduğu mesajını verməkdir. Yəni, R.Mehdiyevin iqtidardakı mövqeyini sadəlövhcəsinə əldən verəcəyi inandırıcı deyil.
Əgər yeni siyasi klan seçkilərdə Qərb strateji kursunu götürmüş olarsa, mehdiyevçilərin Rusiya ilə yaxınlaşmasına daha ciddi əsaslar olacaq.

AnaXeber.Az-ın Siyasət Şöbəsi yazır ki, çoxlarının fikrincə, Azərbaycan hakimiyyətinin əzəmətli və qüdrətli qanadının rəhbəri R.Mehdiyev erasının rəsmən finalı yaxınlaşır. Amma bu, tələsik qənaətdir.
Mehdiyevçi qruplaşma hakimiyyət kluarlarında, müxtəlif vəzifələrdə öz mövqelərini qorumağa çalışırlar.
Bu gedişat R.Mehdiyevin müavinlərsiz qalacağı demək olsa da, vəzifəsindən azad ediləcəyi kimi qiymətləndirilə bilməz.
Baş nazir Artur Rasi-zadə kimi, onun da siyasi nəfəsini PA kluarlarında saxlayacaqlar. İndi ölkə yeni mərhələyə qədəm qoyur. Atalar və oğullar dönəmi başlanır.
R.Mehdiyevin yerinə fövqəladə hallar nazirinin müavini işləyən oğlu onun siyasi yükünü daşımağa çalışacaq.
Onun Azərbaycanın idarə olunmasında, seçkilərin həllində, müxalifət, mətbuat, həbslər, eləcə də beynəlxalq münasibətlər kontekstində siyasi strategiyası var.
R.Mehdiyevin siyasi süqutu Azərbaycanın xarici siyasətində də öz əksini tapacaq. Akademikin 1995-ci ildən Moskvanın siyasi kluarlarında qurduğu münasibətlər rəsmi Bakının hər zaman Rusiyanın sözünü eşitməsi, seçkilərin taleyi ilə müşayiət olunub.

R.Mehdiyevin məqalələrində heç zaman anti-Rusiya ritorikası, Kremlin ölkəmizə zaman-zaman təzyiqləri haqda tezislərə rast gəlmək olmaz.
Lakin onun yazılı çıxışlarının əksəriyyətində Avropa ikili standartlarda, riyakarlıqda ittiham olunur, qlobal terrorun Qərbdəki dairələr tərəfindən maliyyələşməsi, Avropanın “5-ci kolon”unun Azərbaycanda fəallaşdırılması nüansları yer alır.
Hərçənd, əsla Rusiyanın ölkəmizdəki “5-ci kolon”un haqda bir sətir yazmayıb. Çünki R.Mehdiyevin siyasi təsirlərinin güclü dönəmində bir sıra strateji və mühüm məsələlər Moskvada razılaşdırılmamış həyata keçirilməyib.
Bu baxımdan PA rəhbərinin siyasi nüfuzunun təsir imkanları yeni qanunla məhdudlaşmaqla bərabər, rəsmi Bakının Rusiya və Qərb siyasətində ciddi dəyişikliklər müşahidə olunacaq.

Mənbə: Anaxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *