Məşhur ”vor zakon” Bakıda SAXLANILDI » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal, Video

Məşhur ”vor zakon” Bakıda SAXLANILDI – ”Bandotdel” tərəfindən

Məşhur ”vor zakon” Bakıda SAXLANILDI


Kriminal aləmdə ”Lotu Yunus” kimi tanınan məhşur azərbaycanlı “qanuni oğru” Yunus Novruzovla bağlı yeni məlumatlar üzə çıxıb.

Milletinsesi.info Criminal.az-a istinadən xəbər verir ki, ”Lotu Yunus” bir müddət əvvəl Bakıda olub, sonra isə…

Məlumat üçün bildirək ki, kriminal dairələrdə Yunus Bakinskiy və ya Yunus Yasamalskiy kimi tanınan titullu “qanuni oğru” haqqında son məlumatı Rusiya mətbuatı yayıb. Həmin məlumatda bildirilirdi ki, O,əlli altı yaşlı azərbaycanlı “vorzakon” Rusiyada arzuolunmaz şəxs elan edilib və buna görə Nəzərov ömürlük olaraq Rusiya ərazisinə daxil ola bilməyəcək.

Bu vaxtadək isə Rusiya hüquq-mühafizə orqanları kriminal avtoriteti ölkədən deportasiya etmək üçün dörd dəfə cəhd edib. Sonuncu dəfə avqustun əvvəlində Bakinskini ölkədən deportasiya etmək üçün “dil tutsalar” da o, səhhəti ilə əlaqədar uzaq səfərlərə çıxa bilmədiyini əsas gətirmişdi.

Hətta ”vorzakon”un yaxınları bildirmişdi ki, ”Lotu Yunus”un əvvəlllər həbsxanada baltalanan zaman başından aldığı xəsarətin fəsadları getməyib. Ona görə də, qonşu ölkədə müalicə olunur. Məhkəmə qarşısına çıxarılmasından bir gün əvvəl isə insult keçirərək reanimasiyaya yerləşdirilmişdi.

Y.Nəzərov haqda onu da bildirdilər ki, ”qanuni oğru”nun Azərbaycana buraxılmasına qadağa qoyulub. Bu səbəbdən o, Azərbaycana gələ bilmir.

Y.Bakınskiy bir neçə gün əvvəl Rusiyadan Azərbaycana deportasiya edilib. O, saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. ”Bandotdel”də bir neçə gün saxlanıldıqdan sonra o, 3-cü ölkəyə deportasiya edilib.

Qeyd edək ki, “Qanuni oğru” Bakı islah əmək müəssisələrində 20 ildən çox saxlanılıb və hələ 1984-cü ildə ad alıb. Son dəfə Nəzərov narkotik vasitələrin satışına görə cəza çəkib. Və bu yaxınlarda 4 il bundan öncə 1 saylı islah əmək koloniyasından azadlığa buraxılıb. Moskvada Yunus Bakinski “dedovski”lərlə sıx əlaqə saxlayırdı. Nəzərovun yaxın dostlarından biri mərhum Bəxtiyar Kərimov olub, o Baxo Novxaninski kimi məşhur idi. O, məşhur və avtoritetli azərbaycanlı “qanuni oğru”lar dəstəsinə aiddir. Nəzərov 2013-cü ilin avqustunda qətlə yetirilən Əlibala Həmidov (Qoca) və Bakının 8 saylı koloniyasında cəzasını çəkən Nadir Səlifov (Lotu Quli) ilə dostluq edirdi.

2008-ci ildə Yunus Bakinskiyə sui-qəsd olub. Oktyabr ayının 15-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 1 saylı koloniyasında cəza çəkən 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev yatan Yunus Nəzərova balta ilə zərbə endirib.

Mənbə: Milletinsesi.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *