Azərbaycan televiziyası pedofiliyanı təbliğ edir – VİDEO
Azərbaycan televiziyası öz ucuz və səviyyəsiz verilişləri ilə növbəti dəfə düşüklüyün dibinə enib. Bu dəfə “Xəzər” telekanalında yayımlanan “5-də 5” verilişinin “Elçilik” rubrikası fərqlənib.
Virtualaz.org xatırladır ki, rubrikanın mahiyyəti bundan ibarətdir: aparıcı Zaur Kamal rayonlara gedərək kasıb ailələrdən olan adaxlılara özlərinə nişanlı seçməyə kömək edir. Əgər hər hansı oğlana qız vermək istəmirlərsə, işə Zaur Kamal qarışır və o öz çəkiliş qrupu ilə birlikdə qızın valideynlərinin yanına minnətə gedərək onları inandırmağa çalışır.
Bu dəfə isə Zaur Kamal 7-ci sinif şagirdinə elçi gedib. Baxmayaraq ki, Azərbaycanda həddi-buluğa çatmamışla nikahlar qanunla qadağandır!
Bu işdən pedofiliya maddəsinin qoxusu gəlir. Ancaq bu, “Xəzər” telekanalının çəkiliş qrupunu və Zaur Kamalın özünü əsla utandırmır. O heç nə olmamış kimi məktəbli qızın yaşadığı evin qapısını döyür və anasından qızını niyə ərə vermək istəməməsinin səbəbini soruşur.
Evə buraxılmayan aparıcı sonra guya zarafat edirmiş kimi, kinayə ilə "o çox qəddardır" deyə əlavə də edir.
"Mənim qızım hələ məktəblidir, onun cəmi 15 yaşı var. Qızım özü də ərə getmək istəmir. O oxumaq istəyir, onun reallaşdırmaq istədiyi arzuları var. Ərə getmək haqqında fikirləşmək onun üçün tezdir”, - deyə ana cavabında qəzəblə bildirir...
Tutaq ki, “Xəzər” telekanalının çəkiliş qrupu elçi getdiyi qızın hədi-buluğa çatmamasından xəbərsizdir. Bəs redaktorlar hara baxırdılar?! Belə reportajı efirə necə buraxıblar?! Axı dövlət kanalında “praym-taym”da faktiki olaraq, erkən nikahların və pedofiliyanın açıq təbliğatı gedir və heç kim də belə biabırçılığın qarşısını almaq barədə düşünmür!
Mənbə:> Virtualaz.org