İki gəncin məhəbbəti iki ailəni dərdə salıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

İki gəncin məhəbbəti iki ailəni dərdə salıb – VİDEO

İki gəncin məhəbbəti iki ailəni dərdə salıb

Valideynlərinin başqasına ərə vermək istədiyi üçün sevdiyi oğlana qoşulub qaçan 23 yaşlı qız Xəzər TV-yə üz tutub.

Oxu.Az məlumat verir ki, Günay Məmmədova telekanala açıqlamasında qaçırılmadığını və öz arzusu ilə Elnur Əhmədovla evlənmək istədiyini deyib.

Valideynlərinin Günayı nişanladıqları Aqşin adlı gəncin qohumları da məsələyə münasibət bildiriblər. Aqşinin bibisi qızı kimi özünü təqdim edən xanım Günayın onun qohumu ilə dörd il nişanlı qaldığını deyib.

Lakin bununla belə, onlar artıq Günayı qəbul etmək istəmirlər. Onları məyus edən isə toy hazırlıqları zamanı qızın qəfildən belə bir addım atmasıdır.

Gənclər hələ də həyatlarının təhlükədə olduğunu və rahat yaşaya bilmədikləri üçün narahatdırlar. Onları yalnız Günayın atasının razılığı sakitləşdirə bilər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *