Dəməşq Ankaranı müharibə ilə hədələdi
Suriyanın şimalında Türkiyə ordusunun olması təcavüzdür və vaxtında Dəməşqin buna reaksiyası müvafiq olacaq.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu jurnalistlərə Suriya prezidentinin müşaviri Buseyna Şaaban deyib.
"Biz Suriya ərazisində Türkiyə qüvvələrinin olmasını qeyri-qanuni hesab edirik… biz lazımlı vaxta onlarla müvafiq qaydada rəftar edəcəyik", - Şaaban vurğulayıb.
Müşavir onu da qeyd edib ki, Türkiyənin Suriyanın şimalındakı hərəkətləri Astanada əldə olunmuş razılaşmanın çərçivəsindən kənara çıxır.
Mənbə:> virtualaz.org