Bakıda 7,5 manata ət satılır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Bakıda 7,5 manata ət satılır – Qoyun ətinin ucuz olmasının səbəbi nədir?

Bakıda 7,5 manata ət satılır

Ət satılan mağazalarda hazırda kiloqramı ən ucuz qiymətə təklif edilən ət qoyun ətidir. Müşahidələr göstərir ki, bir sıra hallarda bu işlə məşğul olan satıcılar quzu əti adı ilə qoyun ətini vətəndaşlara sata bilirlər.bəs aldanmamaq üçün hansı məqamlara diqqət etmək lazımdır?
Qoyun əti 7,50 - 8,quzu əti isə 11-12 manata satılır. Bəs qoyun ətinin quzu ətindən ucuz olmasına səbəb nədir?
Bəzi hallarda vətəndaşların bu məsələdə məlumatsız olması onların aldanmasınada səbəb ola bilər.Satıcılar bildirir ki,qoyun ətinin quzu ətindən ucuz olmasına əsas səbəb onun çəkisinin artıq olması ilə bağlıdır.Qiymətlərdə elə bu amilə görə fərqlənir.
Əsas fərq odur ki qoyun əti doğmuş heyvanın ətidir. Adətən doğar qoyun bala verdiyi müddətcə kəsilmir. Yəni satışda olan qoyun ətlərinin əksəriyyəti nəsilartırma xüsusiyyətini itirmiş qocalmış heyvanların ətidir. Heç şübhəsiz ki bu onun ətinin keyfiyyətinə də təsir edir.
Baytar həkimlər isə alıcılara tövsiyyə edir ki, nəyinki çəkisinə görə hətta başqa xüsusiyyətlərə görə də qoyun əti ilə quzu ətini fərqləndirmək mümkündür.
Satıcılar bildirib ki, qoyun ətinin quzu ətinə nisbətən ucuz olmasına baxmayaraq alıcılar bir oqədər də buna üstünlük vermir. Bunun bir səbəbi quzu ətinin daha dadlı olmasıdırsa ikinci səbəbi qoyun ətinin gec bişməsi habelə kabab və digər quru xörəklərdə istifadə olunmamsıdır.


Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *