“ABŞ kəşfiyyatı çevriliş cəhdi gecəsi Ərdoğanla Putin arasındakı rabitə kanallarını kəsməyə çalışdı…” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

“ABŞ kəşfiyyatı çevriliş cəhdi gecəsi Ərdoğanla Putin arasındakı rabitə kanallarını kəsməyə çalışdı…” – Putinin baş strateqindən sensasiyalı açıqlamalar

“ABŞ kəşfiyyatı çevriliş cəhdi gecəsi Ərdoğanla Putin arasındakı rabitə kanallarını kəsməyə çalışdı…”


Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən bir gün əvvəl “ordu hərəkətə keçməyə başlayıb” açıqlaması verən Rusiyanın xarici siyasət üzrə müşaviri filosof, doktor Aleksandr Duqin “Haberürk”ün jurnalisti Nalan Koçaka müsahibə verib.
Avropa.info xəbər verir ki, “Putinin baş strateqi”, “Rusiya xarici siyasətinin memarı”, “Foreign Policy” jurnalına görə isə Ərdoğan və Putini bir-birinə bağlayan adam kimi tanınan Aleksandr Duqin “ABŞ Türkiyəyə sanksiya tətbiq edib. B planına keçməlisiniz” deyib. Müsahibəni təqdim edirik:
– Türkiyə-Atlantik məkanı ittifaqı başa çatdımı?
Qəti şəkildə hə. İraqın işğalı və ABŞ-la baş verən böhranda (ABŞ-ın İraqa Türkiyədən girməsinin rədd edilməsi) Ankara yeni təhlükənin Qərb olduğunu anladı. Qərb Türkiyəni öz çevrəsinə daxil etmək istəmir. ABŞ kürdləri dəstəkləyərək türk milli dövlətini təhdid edir. Ərdoğan həm müsəlmanlar, həm Qərb ilə ittifaq yaratdı. Nəticə? Çevriliş cəhdi… ABŞ çevriliş cəhdini FETÖ-dən istifadə edərək təşkil etdi. Davudoğlunun Suriya siyasəti də başqa nümunədir. Yenə islamçı və qərbçi fikirlərin sintezi idi. Gədiyimiz son nöqtə Ərdoğana Qərblə münasibətlərin baş çatdığını göstərdi.
– “Rusiya Türkiyəni NATO-dan uzaqlaşdırarkən öz təsirinə salmağa çalışır” deyənlər də var.
Putin Türkiyəni öz tərəfinə çəkməyə çalışmır. Qərb Türkiyəni itələyir. Ərdoğanı hərbi çevrilişlə uzaqlaşdırmağa çalışdılar.
– Niyə?
Çünki Ərdoğan təyyarə böhrandan sonra Rusiya ilə münasibətləri bərpa etmişdi. Qərbin gözündə onlara xəyanət etmişdi.
– Yəni Putinlə yaxınlaşma çevrilişin səbəbi idimi?
Həm o, həm da Ərdoğanın müstəqil siyasəti. Ərdoğan nə qədər müstəqil olmaq istərsə, o qədər çox Qərbin hədəfinə çevrilir. Əgər Türkiyə vahid dövlət kimi qalmaq istəyirsə, bunu Qərb düşərgəsinin içində edə bilməz. Parlamenti Rusiya bombalamadı.
– Təyyarə hadisəsindən sonra münasibətlərin bərpa olunmasındakı rolunuz məsələsində çox şey yazıldı. Sizdən eşitmək istərdim.
Perinçekə yaxın bəzi hərbçilərdən ibarət nümayəndə heyəti təyyarənin vurulmasından sonra dərhal Moskvaya gəldi.
– Aralarında İsmayıl Haqqı Pekin də vardı…
Bəli. Nümayəndə heyəti təyyarənin vurulması əmrini Ərdoğanın vermədiyini, hökumət daxilində Qərb tərəfdarı bir qrupun xəyanətinin nəticəsi olduğunu dedi. Türk səfir də Rusiya ilə rabitə kanalını açmaq üçün məndən yardım istədi. Rusiya türk tərəfinin dediyi şeyləri araşdırdı. Daha sonra mart ayında Ankarada Ərdoğana yaxın şəxslərlə görüşdüm. Ərdoğanın Putinə məktubundan sonra Türkiyəyə getdim. Məqsədim “Diqqətli olun. Bu vacib addım bu oyunu quranları fəaliyyətə keçirəcək” demək idi. Sonra hərbi çevriliş cəhdi oldu.
– Putini Ərdoğan məsələsində razı salan siz idinizmi?
Bəli, köməyim dəydi, çünki müharibə həddinə gəlmişdik! Amma prezidentimiz elə də asan razı salınacaq adam deyil. Putin və rasional və realist biridir. Əgər bəzi məsələdə sübutlar varsa, qiymətləndirirlər.
– MKİ-nin (CİA) çevriliş cəhdi üçün 2 milyard dollar xərclədiyini iddia edirsiniz. Niyə uğursuzluğa düçar oldular?
Türk ordusunu zəif gördülər. Ərgənəkon və Balyozdan sonra orduda Ərdoğanı dəstəkləyəcək kimsənin qalmadığını düşündülər. Fəqət ordudakı bəzi şəxslər Ərdoğanı dəstəklədi. MKİ o gecə Rusiya və Türkiyə arasındakı rabitə kanallarını kəsməyə çalışdı.
– Nə etdilər?
Putini Türkiyəyə qarşı mövqedə dayanmağa inandırmağa çalışdılar. Ərdoğandan başqa liderin daha yaxşı olacağını, vətəndaş müharibəsi baş verəcəyini və Rusiyanın müharibəni öz xeyrinə istifadə edəcəyini dedilər. MKİ Putinin ətrafındakı vacib şəxsləri təşkilatlandırdı. Ancaq Putin razı olmadı. Çünki bu Türkiyənin sonu deməkdir. Daha əvvəl dedim, hərbi çevrilişdən sonrakı mərhələdə kürdlər (PKK) üsyan çıxarmaq üçün hazırlıq görmüşdülər.
– Yenidən belə bir cəhd ola bilərmi?
Məncə olmaz. Başqa yollardan istifadə edəcəklər, çünki hələ də yüksək vəzifələrdə MKİ-yə bağlı şəxslər var, amma təşkilatlanmaları asan deyil.
– FETÖ-nün istifadə tarixinin başa çatdığını və ABŞ-ın yeni bir oyuncaq təşkilat tapacağını iddia edirsiniz. Nə ola bilər?
Bir çox faktoru bir yerdə birləşdirəcək strategiya hazırlayacaqlarını düşünürəm. Məsələ etnik münaqişə, iqtisadi-sosial təhdidlər, siyasi və hərbi elita daxilində Ərdoğan əleyhinə narazılıq formalaşdırmaqdır. Amerikalılar bütün zəif nöqtələrdən istifadə etməyə çalışacaqlar.
– Rza Zərrab işini də bu çərçivədə qiymətləndirə bilərikmi?
Birmənalı. Bütün iqtisadi vasitələrdən istifadə edəcəklər. Daimi hücum altında olacağıq. İrana, Rusiyaya sanksiya tətbiq olunur. O qədər əminəm ki, Türkiyəyə də sanksiya qoyacaqlar. İqtisadiyyatınızı xilas etmək üçün B planı hazırlamalısız.
– Səfir Karlov sui-qəsdi təyyarə ilə başlayan böhranın davamı idimi?
Birmənalı. Rusiyanın reaksiyası təbii ki, bu dəfə də haqlı çıxdı. Düşünə bilirsinizmi; səfiri öldürülür və Rusiya heç nə etmir. Çünki hər şey tamamilə aydındır. Əsl hədəf səfir deyil, Ərdoğandı. MKİ-mi istifadə etdi bilmirəm, amma FETÖ-nün etdiyi açıqdır. Ərdoğana güvənirik və Rusiyanı Ərdoğana qarşı provokasiyaya çəkmək asan deyil.
– Çevriliş cəhdi ərəfəsində Ankarada idiniz. Bir gecə əvvəl “Türk ordusunda bir fəallıq” olduğunu Ankarada dediniz. Məlumatı haradan aldınız?
Bəzi şeyləri deməyim doğru çıxmaz. Amma təbii ki, rus kəşfiyyatı var. Aldığım informasiyanı doğru təhlil etdim.
– O gün nələr hiss etdiniz?
Çevriliş gecəsi çox gec vaxtda Türkiyədən ayrıldım. Əsənboğa aeroportunda idim. Rusiya ilə rabitə saxlayırdım. Gözləmək çətin idi, çünki kimin qazanacağı bəlli deyildi. Məni də izlədiklərini bilirəm.
– Çevriliş cəhdi baş versəydi başınıza nə gələrdi?
Ərdoğan və Perinçekin başına nə gələcəkdisə, mənim başıma da o gələcəkdi.
– YPG məsələsi də ABŞ-la böyük problemdir…
İran, Türkiyə, Rusiya, Suriya və İraq…Hamımız birləşər və kürdlərə onları razı salacaq bir təklif apararsaq təhlükəsizliyimizi təmin edərik. Kürd kimliyini boğmamalıyıq. Çünki biz belə etdikcə ABŞ və İsrailin əlinə düşürlər. Amerikan imperializminin kuklası olmalarının qarşısını almalıyıq.
– Necə bir həll yolu lazımdır?
Ən əsas Türkiyə vahid qalmalıdır. Bütün azlıqların hüquqları qarantiya altına alınmalıdır. Səudiyyə Ərəbistanı və Qətər zəifləyir. Bütün kartlar əlimizdədir. Hamımız birlikdə ABŞ-a “Etdiklərin üçün çox sağ ol. Yaxın Şərqdən get” deməliyik. Bu Suriya və kürd məsələsinin tək yoludur.
– Bu üzdənmi Rusiya YPG-nin Astana prosesinə qoşulmasını istəyir?
Türklərin etirazını başa düşürəm. Amma Rusiyanın kürdlərlə hər hansı əlaqəsi Türkiyənin də mənafeyinədir.
– Bərzani referendumda ABŞ-ın səsini çıxarmadığını dedi. Niyə?
ABŞ hakimiyyəti xaos içindədir. Tramp var. Bir tərəfdə amerikan “dərin dövlət”i, digər tərəfdə kürdlərə dəstək verən qlobalistlər dayanır. Mənim fikrimə görə, amerikalılar qəti şəkildə müstəqil Kürdüstana dəstək verdilər, amma İraqda deyil. Kürdüstanı Suriyada qurmağı tərcih edirlər. Bərzani başa düşdü, xoşuna gəlmədi.
– Daha əvvəl davranmaq istədimi?
Əslində Bərzaninin əsl məqsədi o dəqiqə müstəqil olmaq deyildi. Bağdadla alver masasına güclü şəkildə oturmaq istədilər.
– Ancaq torpaqlarının haradasa yarısını itirdilər…
Bəli zənn edirəm müharibədən qorxdular. Amerikan hakimiyyətində cərəyan edən xaosun qurbanı oldular.
– Rusiyadan müstəqillik prosesinə qarşı sərt bəyanatlar eşitmədik…
Çünki kürdlər məsələsində çox ehtiyatlıyıq. Onlar üzərindəki təsirimizi artırmağa çalışırıq.
– Təbii ki, neft maraqlarınız da var.
Bəli, taktika işlədirik. Fəqət İraqın parçalanmasını istəmirik. Putin separatizmdən nifrət edər. Bu üzdən Ərdoğan və Əsədin yanında dayanır.

Mənbə: Avropa.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *