"Kristal Abşeron"da özbaşınalıq: 50 qəpiklik su 3,50 AZN-ə satılır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

"Kristal Abşeron"da özbaşınalıq: 50 qəpiklik su 3,50 AZN-ə satılır

"Kristal Abşeron"da özbaşınalıq: 50 qəpiklik su 3,50 AZN-ə satılır


"Kristal Abşeron"un inşa etdiyi binanın sakinləri redaksiyamıza şikayət ünvanlayıb.
"Qaynarinfo"ya müraciət edən sakinlər hüquqlarının kobud şəkildə pozulduğunu, aldadıldıqlarını və bağlanılan müqavilənin şərtlərinə əməl edilmədiyini bildirirlər.

Məlum olduğu kimi, ötən il Tarif Şurası təbii qazın qiymətinin artırılması ilə bağlı qərar qəbul etmişdi. Həmin qərara əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcmi 1500 kubmetrdən artıq olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində müəyyən edilib.

Əhali kateqoriyasına aid istehlakçılar üçün təbii qazın qiyməti qaldırılmasa da (1500 kubmetrdən artıq istehlak edənlər istisnadır), "Kristal Abşeron" sakinləri bundan daha çox əziyyət çəkib. Çünki MTK özəl müəssisədi və qiymətlər qeyri-əhali kateqoriyası üzrə hesablanır.

Tarif Şurasının qərarından sonra MTK istilik sistemi üçün qiymətləri 40 qəpikdən 70 qəpiyə qaldırıb. Bu isə "çatdıra bilmirik, ziyan edirik" bəhanəsi ilə qiyməti 70 qəpikdən 80 qəpiyə qaldırıblar. İndi "Kristal Abşeron"da 50 kv metr evi olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir.


Tarif Şurasının qərarından sonra isti suyun kubmetrini 2 manat 30 qəpiyə qaldıran MTK bu il qiyməti kəskin şəkildə artırıb. İndi isti suyun kubmetri sakinlərə 3 manat 50 qəpiyə verilir. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, "Kristal Abşeron" isə onu qızdıraraq sakinlərə 7 dəfə baha qiymətə təqdim edir.

Sakinlər isə çıxılmaz vəziyyətdə qalıb. MTK rəhbərliyi isə onların qarşısına iki şərt qoyur: "Ya komunnal xərcləri bu qiymətlərlə ödəyin, ya da özünüzə kombi sistemi çəkdirin. Onsuz da gələn ildən qazanxana bağlanacaq və istilik kəsiləcək. Məcburi şəkildə kombi sisteminə keçməlisiniz".

Qazanxana sistemi sakinlərin ödədiyi vəsait hesabına tikilib. Gələn ildən isə MTK onu ləğv etməyi planlaşdırır. Üstəlik müqavilədə qiymətlər 70 qəpik (istilik) və 2.3 manat (isti su) olaraq göstərilib. MTK isə sakinlərdən komunnal xərcləri 80 qəpik və 3.5 manat səviyyəsində alır. Bu isə müqavilə şərtlərinin kəskin şəkildə pozulması deməkdir.

Üstəlik sakinlər "Kristal Abşeron"dan ev alarkən isti su sayğacı üçün pul ödəyib. İndi isə şirkət isti suyu ləğv edir, sakinlərə "özünüzə kombi çəkdirin" məsləhətini verir. Bəs sayğaca görə ödənilən pulları kim qaytaracaq?

Artıq "Kristal Abşeron" sakinləri prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya və iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib. Mürciət mətnini 300-dən çox sakin imzalayıb.

Şikayətlə bağlı "Kristal Abşeron"la əlaqə saxladıq. Telefona cavab verən şəxs münasibət öyrənmək üçün şirkətə yaxınlaşmağımızı məsləhət gördü.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: Qaynarinfo
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *