Əhaliyə, xaricə ixrac ediləndən təxmini üç dəfə baha elektrik enerjisi satılıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Əhaliyə, xaricə ixrac ediləndən təxmini üç dəfə baha elektrik enerjisi satılıb

Əhaliyə, xaricə ixrac ediləndən təxmini üç dəfə baha elektrik enerjisi satılıb

Təbii qaz isə xaricə 15 sentdən ixrac olunur.

2016-ci ilin 11 ayı ərzində Azərbaycandan xaricə satılan təbii qazın həcmi 6 milyard 181 milyon 493 min kubmetr, dəyəri 925 milyon 127 min dollar (2015-ci ilin müvafiq dövründə 7 milyard 589 milyon 930 min kubmetr və 1 milyard 449 milyon 701 min dollar), elektrik enerjisi 463 milyon 408 min kVt/saat, dəyəri 19 milyon 875 min dollar (273 milyon 587 min kVt/saat və 16 milyon 132 min dollar) olub.
Bizimyol.info xəbər verir ki, 1 kVts elektrik enerjisi xaricə 4 sentdən, əhaliyə isə 11 sentdən satılıb. Təbii qazın kubmetri isə xaricə 15 sentdən satılıb.

Xatırladaq ki, Tarif Şurası təbii qazın və elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar verib, əhali üçün müvafiq kvota müəyyənləşdirilib.

Artıq elektrik enerjisinin aylıq istehlak həcminin 250 kVts-a qədər olan hissəsi köhnə tariflə - yəni 7 qəpik, aylıq istehlak həcminin 250 kVts-dan çox olan hissəsi isə 11 qəpiklə hesablanır.

Qeyri-əhali üçünsə elektrik enerjisinin tarifi 9 qəpik olub. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Bu da gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Mənbə: Bizim Yol
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *