Ermənistan ordusunun silah anbarında güclü partlayış, 12 nəfər ölüb
Noyabrın 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Agdərə rayonu istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib.
Oxu.Az-ın erməni KİV-ə istinadən məlumatına görə, hadisə nəticəsində 12 nəfərin öldüyü, xeyli sayda yaralının olduğu bildirilir.
Partlayış zamanı hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyektlərə ciddi ziyan dəyib.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az