Rusiya səfirini öldürənin elektron poçtundakı bütün mesajlar silinib
Türkiyə Baş Prokurorluğu kiminsə ötən ilin dekabrında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən Mövlut Mərt Altıntaşın elektron poçtundan bütün mesajları sildiyini müəyyənləşdirib.
Naməlum şəxs qatilin elektron poçt qutusuna Şimali Kipr Türk Respublikasındakı tələbə yataqxanalarından birində kompüterdən istifadə edərək giriş edib.
Hazırda prokurorluq bu yataqxanada yaşayan 300 tələbə haqqında məlumatları öyrənir. İstintaq Altıntaşın mesajlarını FETÖ terror təşkilatından olan bir nəfərin silə biləcəyini düşünür.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Türkiyə Daxili İşlər Nazirliyinin əməkdaşı Mövlut Altıntaş tərəfindən qətlə yetirilib.
Ankara Prokurorluğu iyun ayında hücumu Fətullah Gülən tərəfdarlarının təşkil etdiyini açıqlayıb.
Mənbə:> virtualaz.org