Azərbaycan Dövlət İqtisad Universitetinin özünüidarə statusu ləğv edilib
Azərbaycan Dövlət İqtisad Universitetinin özünüidarə statusu ləğv edilib.
Azərbaycan prezidenti İlham Əliyev “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamının tətbiqi ilə əlaqədar “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” 2002-ci il 12 iyun tarixli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.
Mənbə:> virtualaz.org