Killer 55 yaşlı azərbaycanlı iş adamını ürəyindən güllələyərək qətlə yetirdi – VİDEO + FOTO
Rusiyanın Saratov vilayətində bizneslə məşğul olan azərbaycanlı işadamı Ceyhun Cəfərov qətlə yetirilib.
Virtualaz.org Rusiya İstintaq Komitəsinin Saratov vilayət idarəsinin mətbuat xidmətinin məlumatın istinadən xəbər verir ki, 55 yaşlı C.Cəfərov dünən axşam şəxsi evinin yaxınlığında sinəsindən güllələnərək öldürülüb.
Törədilmiş cinayətin motivləri və onu törədənlər barədə məlumat verilmir. Hadisə ilə bağlı cinayət işinə başlanılıb.
Saratov vilayətində Azərbaycan diasporunun sədri Vladimir Muradovun sözlərinə görə, Ceyhun Cəfərov dünən axşam özünə məxsus “Lexus” avtomobilində qaraja yaxınlaşıb. Killer onu orada gözləyirmiş. Hadisə yerinə yaxında olmuş adamlar üç güllə səsi eşidiblər. Ceyhun Cəfərov ürəyindən vurularaq qətlə yetirilib. Killerin axtarışları davam edir.
Vladimir Muradov əlavə edib ki, Ceyhun Cəfərovun heç kimlə ədavəti olmayıb. Onun rəhbərlik etdiyi tikinti şirkəti hazırda şəhərdə yerləşən Gənc Tamaşaçılar Teatrını və 1 nömrəli gimnaziyanı təmir edir.
Mənbə:> Virtualaz.org