Gərginlik, polis: Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşları "DQR" xəritələrini qopartdılar » AzNews.info -Xəbər portalı

Gərginlik, polis: Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşları "DQR" xəritələrini qopartdılar – EKSKLÜZİV

Gərginlik, polis: Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşları "DQR" xəritələrini qopartdılar

Alman şəhəri Frankfurtda hər il keçirilən və bütün dünyada məşhur olan Frankfurter Buchmesse kitab yarmarkasında gərginlik yaşanıb.

Virtualaz.org-un məlumatına görə, buna səbəb ermənilərin həmin bədnam "böyük Ermənistan" iddiası və “DQR”i reklam etmək cəhdi olub.

Frankfurter Buchmesse - bu, yeniliklərlə tanış olmaq, kitab nəşri bazarının tendensiyalarını öyrənmək üçün ən münasib yerdir. Bu, internet-məlumat kitabçalarının bildirdiyi kimi, bir növ peşəkarların qurultayıdır. Bura başqa qitələrdəki kitab yayanlarla əlaqələri qaydaya salmağa, məşhur mətnin nəşrinə hüquqlar əldə etməyə, mətbəə innovasiyaları ilə tanış olmağa gəlirlər. Təbii, ədəbiyyatın sadə həvəskarları da başlarını qatmaq üçün yarmarkada nəsə tapırlar.

Frankfurter Buchmesse sərgisində naşirlər, agentlər, satıcılar, yazıçılar, tərcüməçilər, illüstratorlar, kitabxanaların, institutların və başqa təşkilatların nümayəndəsi olan mütəxəssislərlə qarşılamaq olar. Hələ... separatçılarla da.

Virtualaz.org-a məlum olub ki, sərgidə "DQR" stendləri də yerləşdirilib. Amma bu çox çəkməyib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının səyləri sayəsində həmin stendlər qopardılıb, hətta işə alman polisi də qarışıb...

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *