Anası öldürülən 4 yaşlı azərbaycanlı uşaq Bağdaddan Bakıya gətirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Anası öldürülən 4 yaşlı azərbaycanlı uşaq Bağdaddan Bakıya gətirildi – EKSKLÜZIV

Anası öldürülən 4 yaşlı azərbaycanlı uşaq Bağdaddan Bakıya gətirildi

İraqda "İslam Dövləti”nin darmadağın edilməsindən (hələlik tam başa çatdırılmamış) sonra bütün ölkələrdə ora valideynləri tərəfindən aparılmış və ya orada doğulmuş uşaqlar məsələsini daha fəal şəkildə müzakirə etməyə başladılar.

Mövzunu Rusiyada, Türkiyədə, Azərbaycanda və başqa ölkələrdə müzakirə edirlər. Körpələrdən əksəriyyəti valideynlərini, bəziləri isə hətta doğma qardaş və bacılarını da itiriblər. Amma Azərbaycan öz uşaqlarını atmır.

İnternetdə İraqdakı uşaq evlərindən birinə gətirilmiş dördyaşlı azərbaycanlı Abdulla ilə bağlı videomaterial peyda olandan dərhal sonra Azərbaycan səfirliyinin konsulu Zəbi Axundov həmin uşağın vətənə göndərilməsini təşkil etmək üçün bütün gücünü sərf etdi.

Və budur, virtualaz.org-a məlum olub ki, həmin uşağın bortunda olduğu təyyarə təxminən iki saat əvvəl Bakıya enib. Uşağın uçuş xərcini ölkənin Xarici İşlər Nazirliyi ödəyib. Onu vətəndə Azərbaycan hakimiyyətinin axtardığı doğmaları gözləyirlər...

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *