Sumqayıtda rəis işdən azad olundu – FOTO
Sumqayıtda məmur tutduğu vəzifə ilə vidalaşmalı olub.
AzNews.info xeberle.com-a istinadən məlumat verir ki, Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Rahim Mustafayev işdən azad olunub. Məmurun işdən çıxarılmasının səbəbləri məlum deyil. Hələlik onun yerinə təyinat olmayıb.
Məlumatı dəqiləşdirmək üçün Rahim Mustafayevlə əlaqə saxlanılıb. R. Mustafayev tutduğu vəzifəni tərk etdiyini təsdiq edib və öz ərizəsi ilə işdən azad olunduğunu bildirib.
Qeyd edək R.Mustafayev əvvəllər Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru vəzifəsində çalışıb.
2015-ci ilin sonlarından isə Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi vəzifəsində işləyib.
Mənbə:> Xeberle.com