Yerevanın baş polisi işdən azad olunub
Yerevan Şəhər Polis İdarəsinin rəisi, general-leytenant Aşot Karapetyan avqustun 8-dən etibarən tutduğu vəzifədən azad edilib.
Oxu.Az News.am - a istinadən xəbər verir ki, A.Karapetyan Ermənistan polis rəisi Vladimir Qasparyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.
Xatırladaq ki, xidməti araşdırma nəticəsində Ermənistan polisinin bir neçə əməkdaşı, o cümlədən A.Karapetyan intizam cəzasına məruz qalıb və o, şiddətli töhmət alıb.
Mənbə:> Oxu.az