Kim Çen In ABŞ-ı “alov dənizi”nə çevirməklə hədələdi » AzNews.info -Xəbər portalı

Kim Çen In ABŞ-ı “alov dənizi”nə çevirməklə hədələdi

Kim Çen In ABŞ-ı “alov dənizi”nə çevirməklə hədələdi


Şimali Koreya ABŞ-ı yenə hədələyib.

Oxu.Az-ın məlumatına görə, bu, Şimali Koreyanın Asiya-Sakit okean regionunda sülh üzrə komitəsinin yaydığı bəyanatda əksini tapıb.

Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı bəyanatda bildirilir ki, Şimali Koreya hərbi qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir, ABŞ-ın sanksiya siyasəti və strateji bombardmançı təyyarələrini Koreya yarımadasına göndərməsi nüvə faciəsinə yol aça bilər. Şimali Koreya bu siyasətini davam etdirəcəyi halda ABŞ-ı “alov dənizi”nə çevirməklə hədələyib. Rəsmi Pxenyan növbəti dəfə ABŞ prezidenti Donald Trampı tənqid edib və onu “dəli amerikalı qoca” adlandırıb.

Qeyd edək ki, Şimali Koreyanın raket-nüvə proqramını aktiv inkişaf etdirməsi ilə əlaqədar hazırda Koreya yarımadasında vəziyyət gərgin olaraq qalır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *