Ermənistandan SENSASİON BƏYANAT - Azərbaycan əraziləri QAYTARILACAQ
“Söhbət o ərazilərdən gedir ki..."
Bu gün Ermənistan XİN başçısı Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən sensasion bəyanatla çıxış edib.
Virtualaz.org “aysor.am” erməni hökumətyönümlü saytına istinadən xəbər verir ki, E.Nalbandyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb.
“Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, - o bildirib.
Mənbə:> Virtualaz.org